DİN-in Yasamal rayon polis idarəsinin 29-cu polis şöbəsinin və Baş Narkotiklərlə Mübarizə idarəsinin 07.04.2022-ci il tarixində keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində sosial şəbəkələrdə "jam_guliyev" kimi tanınan Cəmil Quliyev saxlanılmış və onun üzərinə baxış keçirilərkən şəxsi istifadə miqdarında Metamfetamin (patı) aşkarlanıb.
Axar.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Faktla bağlı 29-cu polis şöbəsinin əməkdaşlarının tərtib etdiyi protokol Yasamal Rayon Məhkəməsinə göndərilmiş və Yasamal Rayon Məhkəməsinin hakimi Murad Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Cəmil Quliyev barəsində 2 ay müddətində inzibati həbs qərarı verilib.