CHP sədri Özgür Özəl haqqında İstanbul Baş Prokurorluğunda istintaq başladılıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, Özəl “dövlət məmurlarını təhqir etmək və terrorla mübarizə aparan insanları hədəfə almaq”da ittiham olunur.
Qeyd olunub ki, İstanbul Baş prokuroru Akın Gürlək barəsində söylədiyi fikirlərə görə Özəl barəsində istintaq aparılır.