Ukraynadakı xüsusi əməliyyata dəstək verməyən rusları Mazepanın taleyi gözləyir.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib.
Qeyd edək ki, Mazepa Poltava döyüşündə mühüm rol oynayıb. Sonradan isə o, Rusiya çarı I Pyotra xəyanət edərək İsveç kralı XII Karlın tərəfinə keçib. Müharibədə İsveç kralı ilə ittifaq quran Mazepa məğlub olaraq Moldovaya qaçıb.