Britaniya daha iki rus oliqarxına - Roman Abramoviçin yaxın adamları Yevgeni Tenenbaum və David Davidoviçə sanksiyalar tətbiq edib.
Axar.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata görə, onların 10 milyard funt sterlinq (13 milyard dollar) dəyərində aktivləri dondurulub.
Britaniyanın xarici işlər naziri Liz Trass bildirib ki, bu, ölkə tarixində ən böyük aktiv dondurulmasıdır:
“Biz Putinin döyüş maşınını sıxırıq və Kremlə ən yaxın olan insanların dairəsini hədəfə alırıq”.