Son xəbərlər

 

Artıq bir müddətdir Dövlət Gömrük Komitəsi, Vergi Xidməti və Maliyyə Nazirliyinin yeni yaradılacaq qurumda birləşdiriləcəyi ilə bağlı məlumatlar var.

Ölkənin fiskal və maliyyə siyasətinə nəzarət edəcək yeni qurumun isə Milli Gəlirlərə Nəzarət Departamenti adlandırılması gündəmdədir.

Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, Samir Şərifovun maliyyə naziri vəzifəsindən azad edilməsindən bir müddət keçməsinə baxmayaraq, onun yerinə təyinat aparılmaması bu ehtimalları daha da gücləndirib. Digər tərəfdən bu qurumların ayrı-ayrılıqda fəaliyyəti büdcə proqnozlaşdırılmasında, eləcə də tərtibatında müəyyən çətinliklər yaradır. Bu gün büdcə daxilolmalarının 42,5 faizi vergi və rüsumların, 17,9 faizi gömrük rüsumları və idxala görə vergilərin payına düşür. Maliyyə Nazirliyi isə dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanı kimi bu gəlirlərin “kassaya” daxil olmasını və icrasını təmin edir.

İqtisadçı-ekspert Xalid Kərimli hesab edir ki, hazırkı şəraitdə Dövlət Vergi Xidmətinin İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərməsi konseptual olaraq yanlışdır. Çünki vergilər xidmətində məqsəd vergi toplamaq, büdcəni doldurmaqdır. İqtisadiyyatın məqsədi isə iqtisadiyyatı inkişaf etdirməkdir. Eksperin sözlərinə görə, DGK da Vergi Xidməti kimi, vergi toplamaqla məşğuldur:

"Dövlət Gömrük Komitəsi ilə Vergi Xidməti, yaxşı olardı ki, Maliyyə Nazirliyinə birləşdirilsin. Çünki Maliyyə Nazirliyi gəlirləri toplayıb, xərcləyən qurumdur. Əgər bu birləşmə baş verməsə, Dövlət Vergi Xidməti ilə Dövlət Gömrük Komitəsini iki qurum olaraq birləşdirərək Dövlət Gəlirlər Komitəsi yaratmaq olar. Bu birləşmə inzibati xərclərin azalmasına, şəffaflığa yol açar. Gömrükdən keçən məhsul və xidmətlərin vergiyə cəlbi də mənbədən həll olunar. Bu baxımdan Dövlət Vergi Xidməti ilə Gömrük Komitəsinin birləşdirilməsi iqtisadiyyata ancaq müsbət təsir edə bilər".

İqtisadçı dünya praktikasında bu üç qurumun eyni təşkilatın tərkibində fəaliyyət göstərdiyini deyir: "Çünki bu qurumlardan ikisi pulu gətirən tərəf, digəri isə pulu bölüşdürəndir. Dünya təcrübəsində bunların üçünün bir yerdə olması praktikası mövcuddur".

30 Yanvar 2025 Geri çağrılan "Lay's" çipsləri ölkəmizə də gətirilibmi?
30 Yanvar 2025 Azərbaycan-İsrail əlaqələri müzakirə edildi
30 Yanvar 2025 Türkiyənin Afrikaya ixracı rekord məbləğə qalxdı
30 Yanvar 2025 Fransa və Almaniyanın Azərbaycana qarşı “söyüş legionerləri”...
30 Yanvar 2025 "GTA VI"nın buraxılış tarixi internetə sızdı
30 Yanvar 2025 12 yaşlı məktəbli elektron siqaretdən öldü
30 Yanvar 2025 Azərbaycanda tanınmış ekspert həbs edildi
30 Yanvar 2025 Kamaləddin Qafarov: “Azərbaycanda yol-nəqliyyat infrastukturunun yenilənməsi labüddür”
30 Yanvar 2025 Ukrayna torpaq, AB qaz hayında: mətnə əlavə edildi
30 Yanvar 2025 Trampın planı bəlli oldu: Türkiyəyə İsraillə bağlı şərt...
30 Yanvar 2025 Bakı və İrəvana yardıma hazırıq: İşğalçı Rusiya...
30 Yanvar 2025 Azərbaycan XİN ABŞ-a başsağlığı verdi
30 Yanvar 2025 Paşinyan Trampla şəkil çəkdirmək üçün... - KİV
30 Yanvar 2025 Novruzda 11 gün qeyri-iş günü olacaq: əlavə 2 gün də...
30 Yanvar 2025 Cənubi Qafqazda gərginliyi onlar qızışdırır – KTMT
30 Yanvar 2025 Əliyevdən Trampa: Bu xəbər bizi kədərləndirdi
30 Yanvar 2025 Quran yandıranlardan biri güllələndi
30 Yanvar 2025 Sülh yenə sual altına düşdü: İrəvanın məqsədi nədir?
30 Yanvar 2025 İndi top Rusiyanın meydanındadır - Stubb
30 Yanvar 2025 Kadırov niyə görünmür? - Nazir açıqladı
30 Yanvar 2025 Trampın Putinə sərt sözlərinə qapılmayın, səhərisi... - Kuleba
30 Yanvar 2025 Bağırov onların 3 aydır gecikən maaşını, nəhayət ki, verdi
29 Yanvar 2025 Kliçkodan Zelenskiyə: Ətrafınız siyasi intriqa ilə məşğuldur!
29 Yanvar 2025 Tramp bu ərazini ələ keçirmək istəyir, AB şokda... - KİV
29 Yanvar 2025 Qurbanov "Olimpiakos"la oyundan danışdı
29 Yanvar 2025 Ərdoğan Azərbaycan və Özbəkistanın bu nazirləri ilə də görüşdü
29 Yanvar 2025 Qəzzanın şimalına 400 min sakin qayıtdı
29 Yanvar 2025 Qiyamət günü saatı irəli çəkildi: Kremldən açıqlama
29 Yanvar 2025 Suriyanın yeni hökuməti Rusiyadan təzminat istədi
29 Yanvar 2025 Gürcüstanın başına bomba düşsə, Zurabişvili... - Matikaşvili