Son xəbərlər

 

Azərbaycanda xroniki və nadir xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərman preparatlarının əlavə dəyər vergisindən (ƏDV) azad olunması müzakirə edilib.

 

Bu barədə Axar.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata görə, qurumun Vergi siyasəti Baş İdarəsi əczaçılıq sahəsində çalışan şirkətlərin, bu sektoru təmsil edən "Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyası" İctimai Birliyinin nümayəndələri ilə növbəti görüş keçirilib. Xidmətin aidiyyəti funksional strukturlarının nümayəndələrinin də qatıldığı görüşdə sahibkarların ƏDV inzibatçılığının təkmilləşdirilməsi, əczaçılıq sahəsində, xüsusilə, xroniki və nadir xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərman preparatlarına münasibətdə ƏDV azadolmaları və ya diferensial ƏDV-nin tətbiqi imkanları, vergi inzibatçılığı ilə bağlı yaranan çətinliklər, sahənin inkişafına müsbət təsir edə biləcək beynəlxalq təcrübədə mövcud mexanizmlərin tətbiqi imkanları və s. məsələlər müzakirə edilib.

Görüş zamanı assosiasiya nümayəndələri qarşılıqlı əməkdaşlıq formatında aparılan belə müzakirələrin əhəmiyyətini yüksək qiymətləndirib. Dövlət Vergi Xidmətinin nümayəndələri dövlət – biznes əməkdaşlığının daha da genişləndirilməsinin prioritet olduğunu, vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin öyrənilməsi məqsədilə görüşlərin davam etdiriləcəyini iştirakçıların diqqətinə çatdırıb. Sonda sahibkarların konkret təkliflər hazırlayaraq Dövlət Vergi Xidmətinə rəsmi qaydada təqdim etməsinə dair razılıq əldə olunub.

05 Noyabr 2024 Müəllimlərə təhsil kartları verilir - Güzəştlər olacaq
28 Oktyabr 2024 Bərdə terrorundan 4 il ötür
26 Oktyabr 2024 Yollarda hərəkət istiqaməti dəyişdirildi - Sürücülərə müraciət
26 Oktyabr 2024 Axşam leysan yağacaq
26 Oktyabr 2024 COP29-un nəqliyyat icarəsi üzrə məsul tərəfdaşı...
26 Oktyabr 2024 İstirahət günü hava necə olacaq?
26 Oktyabr 2024 Gürcüstanda qutuya topa bülleten atıldı - Video
25 Oktyabr 2024 Növbəti demarkasiya hansı ərazilərdə olacaq?
25 Oktyabr 2024 Sabah yağış və qar yağacaq
25 Oktyabr 2024 Bakıda bu dönərxana bağlandı
25 Oktyabr 2024 ABŞ Rusiyanı Bakı vasitəsilə necə xilas etdi? - Foto
24 Oktyabr 2024 Sumqayıtın bu ərazilərində 2 saat işıq olmayacaq
24 Oktyabr 2024 AYNA-dan "Bakıkart"la bağlı xəbərdarlıq
24 Oktyabr 2024 Bakıya leysan yağacaq, temperatur 6 dərəcə düşəcək
23 Oktyabr 2024 COP29-la bağlı nəqliyyatın hərəkəti dəyişdirilir
23 Oktyabr 2024 Bakı metrosu gücləndirilmiş rejimə keçir
23 Oktyabr 2024 Bu ay ən çox yağıntı hansı əraziyə düşüb?
22 Oktyabr 2024 Faktiki hava: Bu ərazilərdə yağış kəsdi
22 Oktyabr 2024 Azərbaycanda leysan gözlənilir - Xəbərdarlıq
22 Oktyabr 2024 Siqaretlə bağlı cərimələr 6 dəfə artırıldı
22 Oktyabr 2024 Yağıntılı hava məktəblərdə davamiyyətə təsir edib?
21 Oktyabr 2024 Azərbaycanda bu siqaret bahalaşdı
18 Oktyabr 2024 Azərbaycanda bu TV-lərə lisensiyalar verildi
17 Oktyabr 2024 İldırım vurma halları buna görə artıb
17 Oktyabr 2024 Hansı kərə yağı keyfiyyətlidir? - Ekspertlər
15 Oktyabr 2024 Çin 600 minlik casus ordusu yaradıb, Qərb çarəsizdir - VSJ
15 Oktyabr 2024 Bu gün 15:00-a kimi bu ərazilərdə işıq olmayacaq
12 Oktyabr 2024 Bu rayonlara yağış yağdı
12 Oktyabr 2024 İstirahət günü hava necə olacaq?
11 Oktyabr 2024 Dünyanın ən yaxşıları: Siyahıda Azərbaycan da var