Sibir alimləri atmosfer elektrikini öyrənmək üçün eksperimentlərə başlayıblar.
Belə ki, qlobal istiləşmə kontekstində ildırım vurma təhlükəsi artır.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Tomsk Dövlət Universiteti məlumat yayıb.
“Temperaturun artması rütubətin daha çox buxarlanmasına səbəb olur. Atmosferə daxil olarkən isə güclü konvektiv buludlar əmələ gəlir və orada dolu, tufan kimi hadisələr yaranır. Avropa tədqiqatları tərəfindən dəstəklənən statistik məlumatlara əsasən, orta illik temperaturun bir dərəcə artması ilə ildırım vurmalarının sayı ildə 10-12% artır. Tomskda 1970-ci illərin ortalarına qədər havanın orta illik temperaturu mənfi 0,5 dərəcə olub, sonra isə getdikcə müsbət xarakter alıb. Bu, bölgədə ildırım buludlarının daha gur olmasına və daha çox ildırım çaxmasına səbəb olur. Atmosferdəki qlobal elektrik dövrəsinin işləmə nümunələrini anlamaq, dəqiq proqnozlar vermək üçün atmosfer elektrikinin bir sıra parametrlərini fundamental şəkildə öyrənmək lazımdır”, - məlumatda bildirilib.