Son xəbərlər

 

Süd istehsalı ölkəmizdə aşağı səviyyədədir, bu da kərə yağının maya dəyərini artırır.

1 kq kərə yağı üçün 3.6 faiz yağlılıqla 23 kq südə ehtiyac var.

Bu sözləri Axar.az-a kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli kərə yağlarının keyfiyyəti və qiyməti ilə bağlı yaranan sualları cavablayarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda satılan kərə yağlarının çoxunun tərkibi şübhəlidir:

“Şəxsən mən Türkiyə yağlarının keyfiyyətinə etibar edirəm. Digər yağlar isə məndə şübhə yaradır. Çünki müxtəlif ölkələrin brendi adı altında satılan yağların əksəriyyəti Bakıda, Sumqayıtda hazırlanır. Xatırlayırsınızsa, iki-üç il bundan öncə Sumqayıtda yağ emalı ilə məşğul olan bir neçə sex yanmışdı. Məgər, onlar yağ istehsal edirdilər? Xeyr, bu ölkədə nə qədər süd istehsal olunur ki, ondan yağ da əldə edə bilək? Biz ildə, təxminən, 2 milyon ton süd istehsal edirik. Yəni ölkədə istehsal olunan bütün südü kərə yağı alınmasına yönəltsək belə ehtiyacımızı ödəməz. Halbuki istehsal olunan südün 90%-i bazara çıxarılır, qalan hissəsi isə pendir və digər süd məhsullarının hazırlanmasına yönəlir. Yalnız cüzi hissə yağ istehsalına sərf olunur”.

Ekspert bildirib ki, “nehrə yağı” adı altında satılan kərə yağlarının da keyfiyyəti suallar doğurur:

“Qubada bir araşdırma aparırdım, məlum oldu ki, quru süd və müxtəlif tərkibli qatqı yağları əlavə edib, bu qarışığı xüsusi aparata tökərək, guya “nehrə yağı” düzəldirlər”.

Vahid Məhərrəmli vurğulayıb ki, “kərə yağı” adı altında satılan yağları ölkəmizdə, bəzi sexlərdə qablaşdırıb, tərkibinə heyvanın iç yağı, bitki yağı, marqarin kimi məhsullar qatırlar.

Qida eksperti Türkan Abbasova isə kərə yağının keyfiyyətinin kimyəvi analizlər əsasında dəqiq təyin etməyin mümkünlüyünü qeyd edib:

“Amma bəzi ekspertlər öz təcrübəsi əsasında da təbii yağı müəyyən edə bilər. Əsl kərə yağı otaq temperaturuna çıxarılan kimi yumşalmalıdır. Çünki kərə yağları 20-25 dərəcə temperaturda artıq yumşalmalıdır və kəsəndə heç bir qırıntısı olmur, tam kəsilir”.

05 Noyabr 2024 Müəllimlərə təhsil kartları verilir - Güzəştlər olacaq
28 Oktyabr 2024 Bərdə terrorundan 4 il ötür
26 Oktyabr 2024 Yollarda hərəkət istiqaməti dəyişdirildi - Sürücülərə müraciət
26 Oktyabr 2024 Axşam leysan yağacaq
26 Oktyabr 2024 COP29-un nəqliyyat icarəsi üzrə məsul tərəfdaşı...
26 Oktyabr 2024 İstirahət günü hava necə olacaq?
26 Oktyabr 2024 Gürcüstanda qutuya topa bülleten atıldı - Video
25 Oktyabr 2024 Bəzi dərmanlar ƏDV-dən azad olunur - DVX
25 Oktyabr 2024 Növbəti demarkasiya hansı ərazilərdə olacaq?
25 Oktyabr 2024 Sabah yağış və qar yağacaq
25 Oktyabr 2024 Bakıda bu dönərxana bağlandı
25 Oktyabr 2024 ABŞ Rusiyanı Bakı vasitəsilə necə xilas etdi? - Foto
24 Oktyabr 2024 Sumqayıtın bu ərazilərində 2 saat işıq olmayacaq
24 Oktyabr 2024 AYNA-dan "Bakıkart"la bağlı xəbərdarlıq
24 Oktyabr 2024 Bakıya leysan yağacaq, temperatur 6 dərəcə düşəcək
23 Oktyabr 2024 COP29-la bağlı nəqliyyatın hərəkəti dəyişdirilir
23 Oktyabr 2024 Bakı metrosu gücləndirilmiş rejimə keçir
23 Oktyabr 2024 Bu ay ən çox yağıntı hansı əraziyə düşüb?
22 Oktyabr 2024 Faktiki hava: Bu ərazilərdə yağış kəsdi
22 Oktyabr 2024 Azərbaycanda leysan gözlənilir - Xəbərdarlıq
22 Oktyabr 2024 Siqaretlə bağlı cərimələr 6 dəfə artırıldı
22 Oktyabr 2024 Yağıntılı hava məktəblərdə davamiyyətə təsir edib?
21 Oktyabr 2024 Azərbaycanda bu siqaret bahalaşdı
18 Oktyabr 2024 Azərbaycanda bu TV-lərə lisensiyalar verildi
17 Oktyabr 2024 İldırım vurma halları buna görə artıb
15 Oktyabr 2024 Çin 600 minlik casus ordusu yaradıb, Qərb çarəsizdir - VSJ
15 Oktyabr 2024 Bu gün 15:00-a kimi bu ərazilərdə işıq olmayacaq
12 Oktyabr 2024 Bu rayonlara yağış yağdı
12 Oktyabr 2024 İstirahət günü hava necə olacaq?
11 Oktyabr 2024 Dünyanın ən yaxşıları: Siyahıda Azərbaycan da var