keyfiyyetli-qendi-nece-taniyaq

Bildiyimiz kimi, insanların gündəlik həyatında istehlak olunan əsas ərzaq məhsullardan biri də şəkər məhsullarıdır.

“Qafqazinfo” xəbər verir ki, şəkər və ya qənd kimi qida məhsullarını istehsal edən müəssisələrdə tətbiq olunan hər cür texniki və texnoloji proseslərin tələb olunan standartlara uyğun olması və müvafiq dövlət orqanlarının bu sahələrə nəzarət etməsi ilə yanaşı, sahibkarlar və mağaza rəhbərləri də bu məhsullarla bağlı kifayət qədər maariflənməlidirlər.

Öz araşdırmalarını bu istiqamətdə davam etdirən Sağlam Qida mütəxəssisi Məhsəti Hüseynova daxili bazarda satışa çıxarılan qənd məhsullarının keyfiyyəti ilə bağlı istehlakçıları və müştəriləri intensiv məlumatlandırır. Bundan əvvəl qənd məhsullarını istehsal edən müəssisələrin dövlət standartlarına və lazımi texnoloji qaydalara uyğun istehsal proseslərini araşdıran, ictimai iaşə obyektlərində və pərakəndə sektorda istifadə olunan məhsulların tərkibi və keyfiyyəti ilə bağlı faydalı məlumatları istehlakçılara çatdıran mütəxəssis bu dəfə üzünü sahibkarlara və mağaza rəhbərlərinə tutdu.

Sağlam Qida mütəxəssisi Gəncə və Lənkəran rayonlarında fəaliyyət göstərən supermarket, iri mağaza və topdansatış obyektlərini gəzərək müvafiq şəxsləri qənd məhsullarının keyfiyyəti, onların alışı və satışı zamanı nələrə diqqət olunması və keyfiyyətsiz qəndlərin necə müəyyən edilməsi ilə bağlı məlumatlandırmaq və onların bu barədə fikirlərini öyrənmək məqsədilə maraqlı müsahibələr təşkil etdi.

Belə ki, hazırda satışda olan bəzi qənd məhsullarının tərkibində süni ağardıcı və sərtləşdirici maddələrin olması insanların sağlamlığı üçün xüsusi təhlükə törədir. Buna qarşı istehlakçıların və müştərilərin, həmçinin sahibkarların da çox diqqətli olmaları, alqı-satqı zamanı qənd məhsulları barəsində kifayət qədər məlumatlı olmaları çox əhəmiyyətlidir. Sağlam Qida mütəxəssisi Məhsəti xanım qənd məhsulları ilə bağlı bundan öncə AQTA tərəfindən aparılan monitorinqlərin nəticələri, tərkibində kimyəvi qatqılardan çox istifadə edilən müəyyən marka və məhsulların dövriyyədən çıxarılması və satışına qadağa qoyulması ilə bağlı sahibkarları və mağaza rəhbərlərini bir daha məlumatlandırdı.

Sağlam Qida mütəxəssisi keyfiyyətli və keyfiyyətsiz, həmçinin tərkibində süni ağardıcıların çox olduğu məhsulu təbii məhsuldan necə fərqləndirməyin qaydasını, qanunvericilikdə nəzərdə tutulan əmtəə markalanma və qida təhlükəsizliyi tələblərini ticarət nümayəndələrinə izah etdi.

Məhsəti Hüseynova bu məqsədlə İmişli Şəkər Zavodunda istehsal olunan AzərŞəkər qəndlərini istehlakçılara tövsiyə edərək bildirdi ki, bundan əvvəl o zavodda olmuş və ordakı istehsal şəraitini müşahidə etmişdir. Sözü gedən zavodda məhsul istehsal edərkən onun tərkibinə hər hansı bir ağardıcı qatqı və ya qoruyucu qatılmır və məhsul tam təbii şəkildə istehsal olunur. Bu səbəbdən AzərŞəkər qəndlərinin üzərində “qatqı və ağardıcı yoxdur” mesajı da qeyd olunur, həmçinin məhsulun tərkibi ilə bağlı bütün çeşidlərin üzərində ətraflı məlumat öz əksini tapır.

Bu kimi maarrifləndirmə tədbirlərini daim dəstəkləyən, milli və etibarlı marka kimi ölkəmizdə kifayət qədər tanınan və sevilən AzərŞəkər markası təmsil etdiyi bütün məhsulların, xüsusilə də qənd məhsullarının tərkibində hər hansı kimyəvi qatqı və ağardıcının olmaması ilə daim istehlakçıların qayğısına qalır. Bu nüansı sahibkar və mağaza rəhbərləri da nəzərə alaraq insanlara daim sağlam və keyfiyyətli qənd məhsullarının satışını həyata keçirməklə onlara daha etibarlı xidmət edə bilərlər.

23 İyun 2024 Azərbaycanda sarı xəbərdarlıq edildi
21 İyun 2024 Azərbaycana yay fəsli gəldi
21 İyun 2024 Hava ilə bağlı çağırışlara ciddi yanaşın! – Xəbərdarlıq
20 İyun 2024 Çimərliklərdə suyun temperaturu nə qədər olacaq?
20 İyun 2024 Bu rayonlarda 38 dərəcə isti olub
19 İyun 2024 Bu ölkədə Fransa kanalının yayımı dayandırıldı
19 İyun 2024 Bu çimərlikdə balıqlar kütləvi tələf olur – Video
18 İyun 2024 Çimərliyə gedənlərə xəbərdarlıq - Video
17 İyun 2024 Temperatur 39 dərəcəyə yüksələcək
16 İyun 2024 Bayramın ikinci günü hava necə olacaq?
16 İyun 2024 Sabah çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
16 İyun 2024 654 balla Qarabağ Universitetində oxumaq istəyən Əli danışdı - Video
16 İyun 2024 Bu gün Azərbaycanda Qurban bayramıdır
15 İyun 2024 37° isti olacaq
14 İyun 2024 Şənbə gününün havası - 37° isti
14 İyun 2024 Bakteriya aşkarlanan dondurmalarla bağlı daha bir - Açıqlama
14 İyun 2024 Bu azərbaycanlılara güzəşt edilsin - Siyavuş Novruzov
14 İyun 2024 Şeyx Azərbaycan xalqını təbrik etdi
14 İyun 2024 Azad olunan ərazilərdə qurban kəsimi və satışı məntəqələri...
13 İyun 2024 DİN-dən “Son Zəng”lə bağlı valideynlərə çağırış
13 İyun 2024 “Misli” “GoalPlus SummerFest 2024”-ün sponsorudur
13 İyun 2024 Sabah 35° isti olacaq
12 İyun 2024 Rayonlara leysan yağacaq, dolu düşəcək
12 İyun 2024 Küləklə bağlı sarı - Xəbərdarlıq
12 İyun 2024 Leysan, dolu, 35° isti...
12 İyun 2024 Adil Əliyevin qardaşı vəfat etdi - Foto
12 İyun 2024 Rüstəmxanlı elan etdi: Ya mən, ya da Tənzilə xanım...
11 İyun 2024 Hansı qohumlar evlənə bilməz? Bu qanun işləyəcəkmi?
11 İyun 2024 Azərbaycanda bu valideynlər həbs olunacaq
11 İyun 2024 Qurban bayramı ilə bağlı fitva verildi