Son xəbərlər

 

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən respublikada yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

 

Axar.az FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, ölkədə kənd təsərrüfatı fəaliyyəti ilə əlaqədar baş vermiş yanğınların Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış təhlili göstərir ki, sadə yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibət və ya məsuliyyətsiz davranış sonda yanğınlara, acı nəticələrə gətirib çıxarır.

Belə ki, Nazirlik tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, mal-qaranın qidalandırılması üçün kənd yerlərində həyətyanı sahələrdə və fermer təsərrüfatlarının ərazilərində ot və ya küləş tayalarının yığıldığı məkanların yaxınlığında açıq alovdan istifadə, o cümlədən siqarət çəkilməsi, alışqan və ya kibritin yandırılması tezalışan xassəyə malik ot və ya küləşin anidən alovlanmasına, ağır zəhmət və böyük əziyyət bahasına başa gəlmiş məhsulun məhvinə səbəb olur. Ot tayalarında başlayan yanğının həm də çox qısa vaxtda yaxınlıqdakı tikililərə keçmə və beləliklə, böyük faciələrə səbəb olma riski yüksək olur.

Bildirilib ki, yalnız ötən 10 gün ərzində kənd və qəsəbələrdə 44 belə yanğına çıxış qeydə alınıb, nəticədə 50 tona yaxın ot, 1200 kv.m-ə yaxın tikili yanıb. Yalnız FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənlərinin gərgin əməyi və səriştəli fəaliyyəti sayəsində bu kimi yanğınların geniş ərazilərə yayılmasının qarşısının alınması mümkün olur.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan vətəndaşlara müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, o cümlədən ot və ya küləş tayalarının yerləşdiyi məkanların yaxınlığında açıq alovdan qəti şəkildə istifadə etməməyə çağırır.

 
26 Aprel 2024 “Bəs onun təhsilhaqqını kim ödəyəcək?”
26 Aprel 2024 Suraxanı və Binə qəsəbəsi illər öncə... - Video
26 Aprel 2024 Xıdırlıda inşa edilən məktəb belə olacaq
25 Aprel 2024 Azərbaycanda balıq ovu qadağan edilir
24 Aprel 2024 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - Video
24 Aprel 2024 Faktiki hava açıqlandı
24 Aprel 2024 AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq
23 Aprel 2024 Sığorta ödənişinin verilməsi qaydası dəyişdi
23 Aprel 2024 Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video
21 Aprel 2024 Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO
19 Aprel 2024 Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq
19 Aprel 2024 Bu uşaqlara peyvənd vurulacaq
19 Aprel 2024 Qayaları yarıb, Kəlbəcərə qaz çəkirlər - Video
18 Aprel 2024 Birinci siniflərə sənəd qəbulunun vaxtı açıqlandı
18 Aprel 2024 İşıqfor işləməsə, bu nömrəyə zəng edin
18 Aprel 2024 “Bu bakteriyalar heyvanlardan insanlara keçə bilir”
16 Aprel 2024 Bu rayonlarda günəş elektrik stansiyaları tikiləcək
16 Aprel 2024 Bakıda külək elektrik stansiyası tikiləcək
16 Aprel 2024 Sabah Bakının 3 rayonunda qaz olmayacaq
15 Aprel 2024 May ayında neçə gün iş olmayacaq?
14 Aprel 2024 Şəmkir kartofu bazarlarda niyə baha satılır? - VİDEO
14 Aprel 2024 Hava ilə bağlı xəbərdarlıq edildi: Daşqın, sel olacaq...
13 Aprel 2024 Sabah 25 dərəcə isti olacaq
12 Aprel 2024 Sabahın hava proqnozu açıqlandı
09 Aprel 2024 Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
09 Aprel 2024 Polis gücləndirilmiş iş rejiminə keçir
09 Aprel 2024 Sabahdan 5 günlük Ramazan tətili başlayır
09 Aprel 2024 Siqareti tərgitmək üçün 7 cəhd lazımdır
08 Aprel 2024 Ramazanın 30-cu günü: Dua, imsak və iftar vaxtı
08 Aprel 2024 Zaurla Xoşqədəmin verilişi bağlansın? - SORĞU - VİDEO