Daşkəsən rayon İcra Hakimiyyətində (RİH) hüquq şöbəsinin müdiri Elmar Şıxəliyev vəzifəsindən azad olunub.
Axar.az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə icra başçısı Əhəd Abıyev əmr imzalayıb.
Hələlik onun yerinə təyinat yoxdur.
Qeyd edək ki, E.Şıxəliyev Sabirabad RİH-in sabiq başçısı Vaqif Şıxəliyevin oğludur.
Xatırladaq ki, V.Şıxəliyev 1993-cü ildən 1995-ci ilədək Sabirabad rayonunun icra başçısı olub.