Son xəbərlər

 

Lider TV və Radio-Azərbaycan MMC müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı Ali Məhkəmənin qərarından Konstitusiya Məhkəməsinə müraciət edəcək.

Axar.az xəbər verir ki, bu barədə Report-a Lider TV-nin nümayəndəsi, vəkil Adəm Məmmədov məlumat verib.

O, Ali Məhkəmənin qərarından narazı olduqlarını deyib:

“Ali Məhkəmə işi araşdırmadan qərar çıxartdı, ədalətsiz qərar qəbul etdi. Burada əsas məsələ Lider TV-nin müflis elan edilməsi və yeni idarəçi təyin olunmasıdır. Amma Lider TV və Radio-Azərbaycan MMC-nin balansında təxminən 4 milyon manat dəyərində daşınmaz əmlakı - torpaq sahəsi var. Bu əmlakdan əldə olunan vəsaitlə kreditorların borc tələbi tam ödənilir. Mülki Məcəllənin 59.5-ci maddəsində göstərilir ki, əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər. Lider TV-nin kreditorlara borcu əmlakın dəyərindən qat-qat azdır".

Vəkil əlavə edib ki, daha əvvəl Lider TV-nin balansında olan əmlakların dəyərləndirilməsi ilə bağlı məhkəmə də olub:

"Düzdür, həmin vaxt mən MMC-nin nümayəndəsi deyildim və orada iştirak etməmişəm. Şirkət həmin vaxt əmlakları müstəqil ekpertizadan keçirib, məhkəməyə təqdim etməyib. Mən yaxın zamanlarda qiymətləndirmə ilə bağlı məhkəməyə müraciət edəcəyəm".

Qeyd edək ki, Bakı Kommersiya Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin iddiasına əsasən, “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qətnamə çıxarıb.

Qətnamədən verilən apellyasiya və kassasiya şikayətləri təmin edilməyib.

Lider TV və Radio-Azərbaycan MMC 1998-ci ildə qeydiyyatdan keçib. Şirkətin nəzdində Lider TV (1 sentyabr 2000-ci ildən), həmçinin "Radio Lider" fəaliyyət göstərir.

26 Aprel 2024 “Bəs onun təhsilhaqqını kim ödəyəcək?”
26 Aprel 2024 Suraxanı və Binə qəsəbəsi illər öncə... - Video
26 Aprel 2024 Xıdırlıda inşa edilən məktəb belə olacaq
25 Aprel 2024 Azərbaycanda balıq ovu qadağan edilir
24 Aprel 2024 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - Video
24 Aprel 2024 Faktiki hava açıqlandı
24 Aprel 2024 AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq
23 Aprel 2024 Sığorta ödənişinin verilməsi qaydası dəyişdi
23 Aprel 2024 Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video
21 Aprel 2024 Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO
19 Aprel 2024 Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq
19 Aprel 2024 Bu uşaqlara peyvənd vurulacaq
19 Aprel 2024 Qayaları yarıb, Kəlbəcərə qaz çəkirlər - Video
18 Aprel 2024 Birinci siniflərə sənəd qəbulunun vaxtı açıqlandı
18 Aprel 2024 İşıqfor işləməsə, bu nömrəyə zəng edin
18 Aprel 2024 “Bu bakteriyalar heyvanlardan insanlara keçə bilir”
16 Aprel 2024 Bu rayonlarda günəş elektrik stansiyaları tikiləcək
16 Aprel 2024 Bakıda külək elektrik stansiyası tikiləcək
16 Aprel 2024 Sabah Bakının 3 rayonunda qaz olmayacaq
15 Aprel 2024 May ayında neçə gün iş olmayacaq?
14 Aprel 2024 Şəmkir kartofu bazarlarda niyə baha satılır? - VİDEO
14 Aprel 2024 Hava ilə bağlı xəbərdarlıq edildi: Daşqın, sel olacaq...
13 Aprel 2024 Sabah 25 dərəcə isti olacaq
12 Aprel 2024 Sabahın hava proqnozu açıqlandı
09 Aprel 2024 Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
09 Aprel 2024 Polis gücləndirilmiş iş rejiminə keçir
09 Aprel 2024 Sabahdan 5 günlük Ramazan tətili başlayır
09 Aprel 2024 Siqareti tərgitmək üçün 7 cəhd lazımdır
08 Aprel 2024 Ramazanın 30-cu günü: Dua, imsak və iftar vaxtı
08 Aprel 2024 Zaurla Xoşqədəmin verilişi bağlansın? - SORĞU - VİDEO