Son xəbərlər

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının hazırki vəziyyəti barədə məlumat yayıb.

Axar.az xəbər verir ki, qurumun mətbuat katibi Anar Nəcəfli Giləzi-Xızı avtomobil yolunda gecə saatlarında güclü qar yağdığını və şaxta olduğunu bildirib.

"Hazırda zəif qar yağır, 3-5 dərəcə şaxta izlənilir. Yolda səhər saatlarında qar təmizləmiş duz-qum qarışığı səpilmə işləri həyata keçirilib. Nəqliyyatın hərəkəti təmin olunub. Yolda buzlmaşma yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti mormaldır.

Bakı-Qobustan-Abşeron rayonu ərazisinə zəif qar yağır, gecə saatlarında yol qardan təmizlənib, qum-duz səpilib. 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Qobustan-Şamaxı-Muğanlı yolunda marşrut boyu gecə saatlarında qar yağıb, yol qardan təmizlənib, qum-duz səpilib. 2-3 dərəcə şaxta var, yağıntı yoxdur. Hazırda kənd yollarının qardan təmizlənməsi istiqamətində işlər aparılır. Yollarda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Muğanlı-Ağsu-Yevlax ərazisində zəif qar yağır, gecə saatlarından başlayaraq Ağsu dolaylarında yol qardan təmizlənib, yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolun Muğanlı-Ağsu hissəsində 3-4 dərəcə şaxta və duman var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub", - qurum rəsmisi deyib.

A.Nəcəfli bildirib ki, hazırda Bakı-Ələt-Hacıqabul yolunun Bakı-Ələt hissəsində zəif çiskin var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub:

"Hacıqabul-Ucar-Yevlax avtomobil yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Yevlax-Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Muğanlı-İsmayıllı yolunda zəif qar yağır, yolda qar yoxdur, yolun kənarlarında 30-35 sm qar var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum duz səpilmişdir. 4-5 dərəcə şaxta var. Yolda maillik çox olan yerlərdə, körpülərdə və əsasən yolun meşə zolağından keçən hissələrində buzlaşma olduğundan nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilib. Bununla yanaşı kənd yollarının qardan təmizlənməsi istiqamətində işlər aparılır. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

İsmayıllı-Qəbələ-Oğuz-Şəki İsmayıllı və Qəbələ rayonları ərazisinə zəif qar yağır, yolda qar yoxdur, 4-5 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Oğuz və Şəki rayonları ərazisində temperatur müsbət olduğundan qar ərimişdir. Hazırda kənd yollarının qardan təmizlənməsi istiqamətində işlər aparılır. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Şəki-Qax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda marşrut boyu yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax-Şəki (Göybulaq) yolunda da yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Gəncə-Daşkəsən-Xoşbulaq yolunda da yağıntı yoxdur, Daşkəsən rayonu ərazisində 15 dərəcə şaxta var. Səhər saatlarında yolun buz bağlamış sahələrinə qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub".

Qurum rəsmisi qeyd edib ki, Şəmkir-Gədəbəy avtomobil yolunda yağıntı olmasa da, Gədəbəy rayonu ərazisində 15-16 dərəcə şaxta var:

"Səhər saatlarında yolun buz bağlamış sahələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yolunda marşrut boyu gecə saatlarında sulu qar və qar yağıb, temperatur müsbət olduğundan əriyib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Yardımlı rayonu ərazisində 15 sm qar yağıb, hazırda zəif qar yağması davam edir. Səhər saatlarından başlayaraq Masallı-Yardımlı yolu qardan təmizlənib, qum-duz səpilib. Yardımlı rayonu ərazisində 6-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Lerik rayonu ərazisində 20-25 sm qar yağıb və hazırda yağıntı davam edir. 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq Lənkəran-Lerik yolu qardan təmizlənib, qum-duz səpilib. Hazırda yolda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul-Bəhramtəpə-Horadiz avtomobil yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır".

  • Facebook 
  •  
  •  
  •  
26 Aprel 2024 “Bəs onun təhsilhaqqını kim ödəyəcək?”
26 Aprel 2024 Suraxanı və Binə qəsəbəsi illər öncə... - Video
26 Aprel 2024 Xıdırlıda inşa edilən məktəb belə olacaq
25 Aprel 2024 Azərbaycanda balıq ovu qadağan edilir
24 Aprel 2024 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - Video
24 Aprel 2024 Faktiki hava açıqlandı
24 Aprel 2024 AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq
23 Aprel 2024 Sığorta ödənişinin verilməsi qaydası dəyişdi
23 Aprel 2024 Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video
21 Aprel 2024 Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO
19 Aprel 2024 Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq
19 Aprel 2024 Bu uşaqlara peyvənd vurulacaq
19 Aprel 2024 Qayaları yarıb, Kəlbəcərə qaz çəkirlər - Video
18 Aprel 2024 Birinci siniflərə sənəd qəbulunun vaxtı açıqlandı
18 Aprel 2024 İşıqfor işləməsə, bu nömrəyə zəng edin
18 Aprel 2024 “Bu bakteriyalar heyvanlardan insanlara keçə bilir”
16 Aprel 2024 Bu rayonlarda günəş elektrik stansiyaları tikiləcək
16 Aprel 2024 Bakıda külək elektrik stansiyası tikiləcək
16 Aprel 2024 Sabah Bakının 3 rayonunda qaz olmayacaq
15 Aprel 2024 May ayında neçə gün iş olmayacaq?
14 Aprel 2024 Şəmkir kartofu bazarlarda niyə baha satılır? - VİDEO
14 Aprel 2024 Hava ilə bağlı xəbərdarlıq edildi: Daşqın, sel olacaq...
13 Aprel 2024 Sabah 25 dərəcə isti olacaq
12 Aprel 2024 Sabahın hava proqnozu açıqlandı
09 Aprel 2024 Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
09 Aprel 2024 Polis gücləndirilmiş iş rejiminə keçir
09 Aprel 2024 Sabahdan 5 günlük Ramazan tətili başlayır
09 Aprel 2024 Siqareti tərgitmək üçün 7 cəhd lazımdır
08 Aprel 2024 Ramazanın 30-cu günü: Dua, imsak və iftar vaxtı
08 Aprel 2024 Zaurla Xoşqədəmin verilişi bağlansın? - SORĞU - VİDEO