Son xəbərlər

 

Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planına uyğun payız-qış mövsümünə hazırlıq tədbirləri həyata keçirilib. İlk növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri-yaşayış binalarında təmir işləri aparılıb, əlavə tədbirlər görülüb.

Axar.az Trend-ə istinadən xəbər verir ki, görülən işlərə nəzarət məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli icra hakimiyyətlərinin nümayəndələri ilə birgə mütəmadi olaraq rayonlarda payız-qış mövsümünə hazirlıq tədbirlərinin keçirilməsini təmin edir, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayırlar. Bu işlər çərçivəsində mütəmadi olaraq paytaxt rayonlarında monitorinqlər keçirilib.

Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Komunal Təsərrüfat Departamenti sanitariya və texniki təmizlik idarəsinin rəisi Mübariz Hüseynov bildirib ki, 50-dən çox texnika və mexanizm hazır vəziyyətə gətirilib:

“Artıq mövsümlə bağlı idarədə 24 saatlıq iş rejimi yaradılıb. Bütün işçi heyət növbəlilik əsasına günün bütün saatını fəaliyyət göstərəcək. İdarənin anbarında isə 5 min tona yaxın duz ehtiyatı mövcuddur. Artıq deyildiyi kimi yanvarın 20-21-də qar yağması və yolların buz bağlaması gözlənilir ki, biz də öz növbəmizdə bütün işləri tam hazır vəziyyətə gətirmişik. Havanın qarlı keçəcəyi təqdirdə idarə artıq gecə saatlarından lazımı tədbirləri görməyə başlayacaq ki, səhər işə, yaxud digər yerlərə gedəcək paytaxt sakinləri üçün heç bir problemlər yaranmasın.

Paytaxt rayonlardakı hər bir qurumun qış aylarında üzərinə düşən vəzifələri, yarana biləcək problemləri operativ şəkildə aradan qaldırılması dəqiq müəyyən edilib və şəhər üzrə müxtəlif yerlərdə kifayət qədər qum, duz və lazımi ehtiyat yaradılıb.

BŞİH tərəfindən rayonlardakı qurumlar arasında konkret vəzifə bölgüsü müəyyənləşdirilib, cavabdeh şəxslərə tapşırıqlar verilib".

26 Aprel 2024 “Bəs onun təhsilhaqqını kim ödəyəcək?”
26 Aprel 2024 Suraxanı və Binə qəsəbəsi illər öncə... - Video
26 Aprel 2024 Xıdırlıda inşa edilən məktəb belə olacaq
25 Aprel 2024 Azərbaycanda balıq ovu qadağan edilir
24 Aprel 2024 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - Video
24 Aprel 2024 Faktiki hava açıqlandı
24 Aprel 2024 AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq
23 Aprel 2024 Sığorta ödənişinin verilməsi qaydası dəyişdi
23 Aprel 2024 Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video
21 Aprel 2024 Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO
19 Aprel 2024 Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq
19 Aprel 2024 Bu uşaqlara peyvənd vurulacaq
19 Aprel 2024 Qayaları yarıb, Kəlbəcərə qaz çəkirlər - Video
18 Aprel 2024 Birinci siniflərə sənəd qəbulunun vaxtı açıqlandı
18 Aprel 2024 İşıqfor işləməsə, bu nömrəyə zəng edin
18 Aprel 2024 “Bu bakteriyalar heyvanlardan insanlara keçə bilir”
16 Aprel 2024 Bu rayonlarda günəş elektrik stansiyaları tikiləcək
16 Aprel 2024 Bakıda külək elektrik stansiyası tikiləcək
16 Aprel 2024 Sabah Bakının 3 rayonunda qaz olmayacaq
15 Aprel 2024 May ayında neçə gün iş olmayacaq?
14 Aprel 2024 Şəmkir kartofu bazarlarda niyə baha satılır? - VİDEO
14 Aprel 2024 Hava ilə bağlı xəbərdarlıq edildi: Daşqın, sel olacaq...
13 Aprel 2024 Sabah 25 dərəcə isti olacaq
12 Aprel 2024 Sabahın hava proqnozu açıqlandı
09 Aprel 2024 Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
09 Aprel 2024 Polis gücləndirilmiş iş rejiminə keçir
09 Aprel 2024 Sabahdan 5 günlük Ramazan tətili başlayır
09 Aprel 2024 Siqareti tərgitmək üçün 7 cəhd lazımdır
08 Aprel 2024 Ramazanın 30-cu günü: Dua, imsak və iftar vaxtı
08 Aprel 2024 Zaurla Xoşqədəmin verilişi bağlansın? - SORĞU - VİDEO