Son xəbərlər

 

Səninlə qürur duyuruq, qəhrəman qardaşımız şəhid Osman Manafov!

Azərbaycan Böyük Vətən müharibəsinin şəhidi Osman Natiq oğlu Manafov!

24 oktyabr 1991-ci ildə Suraxanıda doğulub. XI sinfədək Bakı şəhərindəki Rixard Zorge adına 90 saylı məktəbdə oxuyub; məktəbin ictimai işlərində fəal iştirak edib, müəllimlərin, məktəb yoldaşlarının sevimlisi olub.

Osman məktəb illərində idmana böyük maraq göstərib, daha çox əlbəyaxa döyüş növləri ilə məşğul olub, müxtəlif yarışlara çıxıb, fəxri yerlər tutub. Ali təhsilini Gürcüstanda alan Osman 2014-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə gedib. Gənc Osman 2016-cı ilin aprel döyüşlərində iştirak edib.

Osman Azərbaycan Böyük Vətən müharibəsi başlayan gündən könüllü olaraq yenidən döyüşlərə atılıb. O öz canını torpaqlarımızın işğaldan azad edilməsi, müqəddəs bayrağımızın Qarabağda dalğalanması üçün, əcdadımızın ruhunun şad olması üçün qurban edib.

Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərdə xüsusi xidmətləri olub şəhid Osmanın. Osman hərbi xidmətdə daim fəal olub, komandirlərin, rəislərin əmr və tapşırıqlarını məsuliyyətlə yerinə yetirib. O, şəhadət şərbətini Qubadlı uğrunda gedən döyüşlərdə içib.

Osman anası ilə axırıncı dəfə 20 oktyabrda danışıb. Həmişə olduğu kimi, yenə “Məndən narahat olmayın. Hər şey yaxşıdır. Özünüzdən muğayət olun” deyib...

Şəhidimizin bir oğul balası yadigar qalıb.

Osman 27 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olub; Bakının Bülbülə qəbiristanlığında torpağa tapşırılıb.

Ustad Hüseyn Nihal Atsız necə deyirdi? – “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün!..”

Vətən sağ olsun! Vətənin sağ olması üçün, ərazi bütövlüyümüzün bərpası üçün, bayrağımızı əbədi ucalıq qazanması üçün – Azərbaycanımızın canlanması üçün can verən şəhidlərimizin ruhuna ehtiramımız əbədidir!

Qənirə Paşayeva,

MM-in Mədəniyyət komitəsinin sədri

26 Aprel 2024 “Bəs onun təhsilhaqqını kim ödəyəcək?”
26 Aprel 2024 Suraxanı və Binə qəsəbəsi illər öncə... - Video
26 Aprel 2024 Xıdırlıda inşa edilən məktəb belə olacaq
25 Aprel 2024 Azərbaycanda balıq ovu qadağan edilir
24 Aprel 2024 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - Video
24 Aprel 2024 Faktiki hava açıqlandı
24 Aprel 2024 AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq
23 Aprel 2024 Sığorta ödənişinin verilməsi qaydası dəyişdi
23 Aprel 2024 Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video
21 Aprel 2024 Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO
19 Aprel 2024 Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq
19 Aprel 2024 Bu uşaqlara peyvənd vurulacaq
19 Aprel 2024 Qayaları yarıb, Kəlbəcərə qaz çəkirlər - Video
18 Aprel 2024 Birinci siniflərə sənəd qəbulunun vaxtı açıqlandı
18 Aprel 2024 İşıqfor işləməsə, bu nömrəyə zəng edin
18 Aprel 2024 “Bu bakteriyalar heyvanlardan insanlara keçə bilir”
16 Aprel 2024 Bu rayonlarda günəş elektrik stansiyaları tikiləcək
16 Aprel 2024 Bakıda külək elektrik stansiyası tikiləcək
16 Aprel 2024 Sabah Bakının 3 rayonunda qaz olmayacaq
15 Aprel 2024 May ayında neçə gün iş olmayacaq?
14 Aprel 2024 Şəmkir kartofu bazarlarda niyə baha satılır? - VİDEO
14 Aprel 2024 Hava ilə bağlı xəbərdarlıq edildi: Daşqın, sel olacaq...
13 Aprel 2024 Sabah 25 dərəcə isti olacaq
12 Aprel 2024 Sabahın hava proqnozu açıqlandı
09 Aprel 2024 Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
09 Aprel 2024 Polis gücləndirilmiş iş rejiminə keçir
09 Aprel 2024 Sabahdan 5 günlük Ramazan tətili başlayır
09 Aprel 2024 Siqareti tərgitmək üçün 7 cəhd lazımdır
08 Aprel 2024 Ramazanın 30-cu günü: Dua, imsak və iftar vaxtı
08 Aprel 2024 Zaurla Xoşqədəmin verilişi bağlansın? - SORĞU - VİDEO