Bakıda bağlı qapı arxasında qalan 3 azyaşlı xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda 3 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.