Tanınmış nevropotoloq Qalib Əsədov digər ölkələrdə koronavirusa yoluxmuş xəstələrin müalicəsində geniş şəkildə istifadə edilən dərmanların Azərbaycanda satışda olmaması problemini gündəmə gətirib.
Baku.ws xəbər verir ki, tanınmış həkim fikirlərini sosial şəbəkədə paylaşıb:

"İlk dəfə bu virus Çində can almağa başlayanda Li Veinlang Haray saldı. Çin hökuməti panika yaratdığı üçün bu həkimi polisə çağıraraq xəbərdarlıq etdi. Həkim özü sonradan COVİD 19-a yoluxaraq dünyasını dəyişdi. Amma sonrakı hadisələr göstərdi ki, nə qədər haqlı idi.

Gələk Azərbaycana. 103 xidməti Səhiyyə Nazirliyinə veriləndən sonra telefonları ümumiyyətlə susdu. İnsanlar qaldı sahə həkimlərinin ümidinə. Getdikcə artmaqda davam edir xəstəlik. Yer yoxdur deyirlər, əlbəttə, anlayıram. Yüngül xəstələr evdə müalicə olunmalıdır. Zatən bunu hələ mart ayından deyirdik. Amma necə? İtburnu çayı ilə, yoxsa sarımsaqla?

Niyə bütün ölkələrdə antiviral dərmanlar (Favipiravir, Hidroksixlorxinin, lap elə Tamflyu) apteklərdə rahat satışda olduğu halda bizdə yoxdur? Mən bir neçə farmokoloqla danışdım. Deyirlər, Səhiyyə Nazirliyinin lisenziyası yoxdur deyə ölkəyə gətirə bilmirik. Belə bir ağır gündə bu tip dərmanların lisenziyasını operativ həll etmək lazımdır. Necə olur, dazı otuna, nə bilim N qədər generik, keyfiyyətsiz dərmanlara lisenziya verildiyi halda, antiviral dərmanlara pandemiya vaxtı lisenziya verilmir. Aptekləri dərmanla təhciz edin, sonra xub... evdə müalicəmizi alaq.

Ekspress testləri ölkəyə gətirmək olmaz. Seroloji testləri bir neçə özəl klinika edə bilər. PZR testlərin qiymət də maşallah 110 manat. Axı niyə? Qonşu Gürcüstanda, Türkiyədə bu dərmanlar açıq satışda olduğu halda, analizlər bir neçə dollar olduğu halda, ekspress testlər pulsuz aparıldığı halda niyə bizdə belə vəziyyətdir? Təcili yardımın telefonu qaldırmaması, 2 gündən sonra gəlməsi, testin cavabının 4 günə hazır olması nə deməkdir? Doğrudanmı..? Nöqtələrin yerinə söz tapa bilmədim.

Çox az itki ilə bitirə bilərik. Yetər ki, dərman olsun! Yetər ki, hamılıqla bunu istəyək, əl-ələ verək. Zor gücünə problem həll olunmur, mənim əzizlərim! Zorla insanları evdə oturmağa məcbur etməklə bu savaşı qazana bilməyəcəyik. Bir-iki məmurun səriştəsizliyi səbəbindən polis də əziyyət çəkir, vətəndaş da, həkim də.

Həkimlərin üzünü ağardan dərmandır! Beynəlxalq protokollara düşmüş dərmanları gətirin, apteklər dolsun. İnsanlar adicə vitamin tapmaq üçün əziyyət çəkməsin. Yalnız bundan sonra evdə müalicəni tətbiq etmək, çölə çıxan virusa yoluxmuş xəstələri cəzalandırmaq olar".

26 Aprel 2024 “Bəs onun təhsilhaqqını kim ödəyəcək?”
26 Aprel 2024 Suraxanı və Binə qəsəbəsi illər öncə... - Video
26 Aprel 2024 Xıdırlıda inşa edilən məktəb belə olacaq
25 Aprel 2024 Azərbaycanda balıq ovu qadağan edilir
24 Aprel 2024 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - Video
24 Aprel 2024 Faktiki hava açıqlandı
24 Aprel 2024 AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq
23 Aprel 2024 Sığorta ödənişinin verilməsi qaydası dəyişdi
23 Aprel 2024 Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video
21 Aprel 2024 Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO
19 Aprel 2024 Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq
19 Aprel 2024 Bu uşaqlara peyvənd vurulacaq
19 Aprel 2024 Qayaları yarıb, Kəlbəcərə qaz çəkirlər - Video
18 Aprel 2024 Birinci siniflərə sənəd qəbulunun vaxtı açıqlandı
18 Aprel 2024 İşıqfor işləməsə, bu nömrəyə zəng edin
18 Aprel 2024 “Bu bakteriyalar heyvanlardan insanlara keçə bilir”
16 Aprel 2024 Bu rayonlarda günəş elektrik stansiyaları tikiləcək
16 Aprel 2024 Bakıda külək elektrik stansiyası tikiləcək
16 Aprel 2024 Sabah Bakının 3 rayonunda qaz olmayacaq
15 Aprel 2024 May ayında neçə gün iş olmayacaq?
14 Aprel 2024 Şəmkir kartofu bazarlarda niyə baha satılır? - VİDEO
14 Aprel 2024 Hava ilə bağlı xəbərdarlıq edildi: Daşqın, sel olacaq...
13 Aprel 2024 Sabah 25 dərəcə isti olacaq
12 Aprel 2024 Sabahın hava proqnozu açıqlandı
09 Aprel 2024 Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
09 Aprel 2024 Polis gücləndirilmiş iş rejiminə keçir
09 Aprel 2024 Sabahdan 5 günlük Ramazan tətili başlayır
09 Aprel 2024 Siqareti tərgitmək üçün 7 cəhd lazımdır
08 Aprel 2024 Ramazanın 30-cu günü: Dua, imsak və iftar vaxtı
08 Aprel 2024 Zaurla Xoşqədəmin verilişi bağlansın? - SORĞU - VİDEO