Son xəbərlər

 
Bakı metrosunda karantin qaydaları niyə pozulur?
Bakı sakinləri metro stansiyalarının girişlərində sərnişinlərin hərarətlərinin ölçülməməsindən narazılıq edirlər.

Bu barədə Oxu.Az-a ünvanlanan şikayətdə qeyd olunub.

Vətəndaşlar iddia edirlər ki, metronun bəzi stansiyalarında yoxlamalara laqeyd yanaşılır:

“Metronun “Memar Əcəmi” , “Nəriman Nərimanov”, “Elmlər Akademiyası”, eləcə də “Şah İsmayıl Xətai” stansiyalarına daxil olarkən sərnişinlərin hərarəti ölçülmür. Digər stansiyalarda isə hərarətin hansı meyarlar əsasında ölçüldüyünü başa düşmək olmur. Stansiyalara vətəndaşlar tibbi maska ilə daxil olurlar. Metropoliten əməkdaşları niyə sərnişinlərin bəzilərinin hərarətini ölçür, bəzilərinin isə yox?

Sərnişinlər metropolitenə daxil olduqdan sonra maskaları çıxarırlar. Platformalarda karantin qaydalarına riayət edən sərnişinlərin sayı azdır. Metropoliten işçiləri tərtib edilən qaydaların riayət olunmasına ciddi nəzarət etmirlər. Sərnişinlər qatarlarda ara məsafəsini gözləmir və üzərinə işarə qoyulan oturacaqlarda əyləşirlər. Belə olan halda koronavirusa yoluxmaların sayı əlbəttə ki, artacaq”.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında sərnişinlərin iradlarını belə cavablandırıb.

O bildirib ki, sərnişinlərin hər birinin qaydalara ciddi nəzarət etməsinə fiziki olaraq nəzarət etmək mümkün deyil:

“Sərnişinlərin metroya daxil olan zaman hərarətinin ölçülməsi selektiv qaydada aparılır. Bütün stansiyalarda hərarətin ölçülməsi həyata keçirilir. Ola bilər ki, gün ərzində cihazın elektrik yükləyicisi bitir. Bu zaman bir müddət cihazın özünü bərpa etməsi üçün fasilə verilə bilər. Biz əvvəlcə də məlumat vermişdik ki, yoxlamalar əlavə ehtiyat tədbiri kimi aparılır. Bütün sərnişinlərin birmənalı şəkildə yoxlanılacağı deyilməyib.

Metropolitenin girişində laboratoriya şəraiti yoxdur ki, bütün sərnişinlərin hansı xəstəlik daşıyıcıları olduğunu müəyyən edə bilək. Ümumiyyətlə, “Bakı Metropoliteni”ndən istifadə qaydalarının beşinci bəndində qeyd olunub ki, əgər insan hər hansı xəstəliyə yoluxubsa, o, metropolitenə daxil olmamalıdır. Bu, dünya praktikasında da belədir”.

B.Məmmədov onu da əlavə edib ki, metropoliten əməkdaşları bu istiqamətdə xüsusi təlim keçiblər:

“Vətəndaşlar bunu ayrı-seçkilik kimi dəyərləndirməməlidir. Metro stansiyalarının girişlərində xidmət aparan əməkdaşlarımıza cihazın istifadəsi, eləcə də karantin rejimi qaydalarının tətbiqi istiqamətində təlimlər keçirilib. Onlar metropolitenə daxil olan zaman özünü şübhəli aparan, halsız olan sərnişinlərin hərarətini yoxlayırlar. Tibbi maskaların istifadəsinə də metroda ciddi şəkildə nəzarət olunur. Müntəzəm dezinfeksiya tədbirləri həyata keçirilir. Sərnişinlərimizin əksəriyyəti qaydalara özləri nəzarət edirlər. Bir qrup sərnişin olur ki, tibbi maskalarını çıxarır, onlarla da əməkdaşlarımız profilaktik söhbətlər aparmaqla, vəziyyətin ciddiliyini izah edirlər. Hələ ki, heç bir ciddi hadisə ilə qarşılaşmamışıq”.

26 Aprel 2024 “Bəs onun təhsilhaqqını kim ödəyəcək?”
26 Aprel 2024 Suraxanı və Binə qəsəbəsi illər öncə... - Video
26 Aprel 2024 Xıdırlıda inşa edilən məktəb belə olacaq
25 Aprel 2024 Azərbaycanda balıq ovu qadağan edilir
24 Aprel 2024 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - Video
24 Aprel 2024 Faktiki hava açıqlandı
24 Aprel 2024 AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq
23 Aprel 2024 Sığorta ödənişinin verilməsi qaydası dəyişdi
23 Aprel 2024 Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video
21 Aprel 2024 Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO
19 Aprel 2024 Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq
19 Aprel 2024 Bu uşaqlara peyvənd vurulacaq
19 Aprel 2024 Qayaları yarıb, Kəlbəcərə qaz çəkirlər - Video
18 Aprel 2024 Birinci siniflərə sənəd qəbulunun vaxtı açıqlandı
18 Aprel 2024 İşıqfor işləməsə, bu nömrəyə zəng edin
18 Aprel 2024 “Bu bakteriyalar heyvanlardan insanlara keçə bilir”
16 Aprel 2024 Bu rayonlarda günəş elektrik stansiyaları tikiləcək
16 Aprel 2024 Bakıda külək elektrik stansiyası tikiləcək
16 Aprel 2024 Sabah Bakının 3 rayonunda qaz olmayacaq
15 Aprel 2024 May ayında neçə gün iş olmayacaq?
14 Aprel 2024 Şəmkir kartofu bazarlarda niyə baha satılır? - VİDEO
14 Aprel 2024 Hava ilə bağlı xəbərdarlıq edildi: Daşqın, sel olacaq...
13 Aprel 2024 Sabah 25 dərəcə isti olacaq
12 Aprel 2024 Sabahın hava proqnozu açıqlandı
09 Aprel 2024 Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
09 Aprel 2024 Polis gücləndirilmiş iş rejiminə keçir
09 Aprel 2024 Sabahdan 5 günlük Ramazan tətili başlayır
09 Aprel 2024 Siqareti tərgitmək üçün 7 cəhd lazımdır
08 Aprel 2024 Ramazanın 30-cu günü: Dua, imsak və iftar vaxtı
08 Aprel 2024 Zaurla Xoşqədəmin verilişi bağlansın? - SORĞU - VİDEO