Son xəbərlər

 

İqtidar-müxalifət dialoqunu təşkil etməklə ciddi bir birgə bəyanatın ortaya qoyulmasına səbəb olan Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının Axar.az-a müsahibəsini təqdim edirik:

- Fəzail bəy, sizin partiyanın təşəbbüsü ilə iqtidar-müxalifət dialoqu baş tutdu. Bu dialoqa zərurət hardan yaranmışdı?

- Dəyirmi masanın açılışında da qeyd etdiyim ki, bunun keçirilməsində başlıca məqsəd dövlətçiliyimizə və xalqımızın maraqlarına yönəlmiş təhdidlərə qarşı iradəmizin birgə nümayiş etdirilməsi və mövqelərimizin ortaya qoyulması idi. Dövlətin, hakimiyyətin təbii ki, müəyyən məsuliyyəti var və dövlət başçısı, dövlətin ayrı-ayrı qurumları Konstitusiyanın onlara vermiş olduğu səlahiyyətlər çərçivəsində işlərini yüksək səviyyədə yerinə yetirməkdə və dövlətimizi gücləndirməkdədirlər. Onlar dövlətimizin xarici qüvvələrə, təhlükələrlə qarşı müqavimətinin artırılmasına xidmət edən addımlar atmaqdadırlar. Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətidir və dünyada kifayət qədər nüfuzu olan, güclü orduya, dayanıqlı iqtisadiyyata, eyni zamanda, xalqla dövlət arasında möhkəm ittifaqa, birliyə malik ölkədir. Bunların hamısı ölkə Prezidentinin və iqtidarın həyata keçirdiyi uğurlu siyasət nəticəsində mümkün olub.

Lakin unutmayaq ki, Azərbaycanın siyasi sistemində yer alan müxalif siyasi partiyaların da, vətəndaş institutlarının da məsuliyyəti var. Bunlar da ictimai xadim kimi fəaliyyət göstərirlər və böyük məsuliyyət daşıyırlar. Hər bir Azərbaycan vətəndaşının olduğu kimi, medianın da, tanınmış təhlilçilərin də, ekspertlərin də məsuliyyətini gözardı etmək olmaz. Bütün bunların hamısı iqtidarın özünün də təmsil olunması şərti ilə hər birimizin məsuliyyət yükünü ümumiləşdirərək, dövlətimizin, dövlətçiliyimizin güclənməsi, ümummilli maraqlarımızın qorunub saxlanması üçün iradəmizin birləşdirməyə yönəlmiş təşəbbüs idi.

- Sizcə, bu gün ölkəmizə qarşı xarici təhdid varmı?

- Əlbəttə! Kson vaxtlar Azərbaycana, onun siyasi sisteminə qarşı təhdidlər və hücumlar var. Biz buna qarşı birgə fəaliyyətimizi nümayiş etdirməliyik. 2016-cı ilin aprel döyüşlərindən, Naxçıvanda keçirilən uğurlu hərbi əməliyyatdan sonra Ermənistan və Ermənistanı müdafiə edən qüvvələr Azərbaycanı daxildən sarsıtmaq və dövləti zəiflətmək üçün vaxtilə Azərbaycandan bu və ya digər səbəbdən gedərək, xaricdə məskunlaşan soydaşlarımızın iradəcə zəif və savadsız, dünyagörüşü aşağı olan, qaragüruhçu, vətən hissindən uzaq, öz ailəsinin belə qədrini bilməyən şəxsləri bu prosesə cəlb ediblər. Bunlar həmkarlarımdan birinin dediyi ki, siyasi deyil, sosial mühacirlərdir. Bu mühacirlərin içərisində Azərbaycanı sevən, onun bayrağı altında dövlətinə xidmət edən, müxtəlif tədbirlərdə iştirak edən şəxsləri də görürük. Ancaq bayaq dediyim tipdə olan sosial mühacirlər məhz Ermənistan və onu dəstəkləyən dövlətlərin xüsusi xidmət orqanları tərəfindən ələ alınıblar və maliyyələşdirilirlər. Onlar Azərbaycanı daxildən sarsıtmaq üçün tərbiyəsiz, əxlaqsız ifadələrlə söyüş kampaniyası aparırlar. Azərbaycanın cəmiyyətini çirkaba bulamağa çalışırlar. Dövlətin xalqla birliyini pozmağa yönələn ən müxtəlif üsullardan istifadə olunur. Dövlət başçısının və onun ailəsinin üzərinə gedilir, təhqirlər yağdırılır, şərəfsiz fikirlər ifadə olunur. Cəmiyyətdə xof, qorxu yaratmaq üçün müxtəlif çağırışlar edilir, xalq və dövlətin arasında uçurum yaratmaq, onu dərinləşdirmək üçün ən alçaq üsullardan belə imtina olunmur. Hətta onların bəziləri Qurban Məmmədli kimi xalqı yaba, bel, balta, bıçaqla üsyana çağırır. Təbii ki, onlar vətəndaş müharibəsi başlatmağa çalışacaqlar. Azərbaycanda hazırda xarici dövlətlərin marağı var. Azərbaycan bir daha o illərə qayıdarsa, ölkədə xaos olarsa, ermənilər öz himayədarlarının vasitəsi ilə yeni-yeni torpaqlar işğal edəcəklər, hərcmərclik, inlyasiya baş alıb gedəcək. Beləliklə, Azərbaycan məmləkəti, dövlətçiliyi məhv olacaq və ölkə fəlakətli bir duruma düşəcək. Belə təhlükənin hazırlandığı barədə bu və ya digər elementlər görünür. Biz də bu elementlərə və bu cür ağır nəticələr verə biləcək niyyətlərə qarşı vahid iradəmizi ortaya qoymalıyıq. Biz bu gün iqtidarda deyilik, lakin biz Azərbaycan xalqının qarşısında özümüzün siyasi platformamızdan çıxış edən siyasi partiyalarıq, onların liderləriyik. Müxalifətdə dayanan siyasi partiyaların da öz məsuliyyəti var. Biz bu məsuliyyətdən çıxış edərək, təhdidlərə, Azərbaycanın siyasi proseslərinə müdaxilə etmək cəhdlərinə qarşı dövlətimizlə bərabər mübarizə aparmarlıyıq və dövlətçiliyimizi möhkəmləndirməliyik. Dövlətimizin daha da inkişafı üçün bütün imkanlardan istifadə etməliyik. Biz bu məqsədlə dəyirmi masanı təşkil etdik və uğurlu da keçdi. Orada çox canlı və demokratik müzakirə getdi. Düzdür, müzakirə zamanı hədəfdən yayınmalar da oldu, sərt ittihamlar da səsləndi. Lakin Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov olduqca təmkinli münasibət sərgiləyərək, konkret arqumentlər və faktlarla bu cür ittihamları cavablandırdı. Qarşı tərəfin artıq o faktlardan sonra hər hansı başqa fikir söyləmək imkanı olmadı. Nəticədə orada iştirak edənlərin hər birinin imzası ilə ciddi bəyanat qəbul etdik. Düşünürəm ki, bu bəyanat Azərbaycanın ictimai-siyasi elitasının bütövlükdə iradəsinin ifadəsi kimi tarixə düşdü.

- Sizcə, bu görüş Azərbaycanın siyasi mühitində yeni dönəm başlada bilərmi?

- Bəli, söylədiyim kimi, dəyirmi masa qarşısına qoyduğu məqsədə nail oldu və gələcək dəyirmi masalar üçün cığır açdı. Əminəm ki, dəyirmi masalar bundan sonra da davamlı olacaq. Artıq bununla bağlı müəyyən fikirlər ortalıqdadır. Müxalifət, cəmiyyət bu cür müzakirələrin keçirilməsinin tərəfdarıdır. Bir müddət öncə Real TV-də YAP-ın sədr müavini Əli Əhmədov bu cür dəyirmi masanın keçirilməsində maraqlı olduqlarını önə çəkdi. İqtidar hər zaman olduğu kimi, bu dəfə də dialoqun tərəfdarı kimi çıxış etdi. Siyasi partiyaların ikisindən başqa – Xalq Cəbhəsi Partiyasının rəhbəri Əli Kərimli, onun tərəfdarları və REAL-ın Məclis sədri Azər Qasımlı istisna olmaqla - hər kəs bu cür dialoqların keçirilməsinə müsbət yanaşdı. Deməli, cəmiyyətdə sosial sifariş var və biz də bu sosial sifarişin məntiqinə söykənərək, dialoqlarımızı davam etdirməliyik.

- Bəzi ölkələrdə hakim partiyanın parlamentdə təmsil olunması üçün xüsusi hədd müəyyənləşdirilir. Yeni başlayan dialoqdan yararlanaraq, indiki dönəmdə iqtidar və ya hətta müxalifətin özü belə dialoqun inkişafı üçün bu təkliflə çıxış edə bilərmi?

- Hər bir dövlətin qarışında duran vəzifələrdən ən vacibi dövlətin təhlükəsizliyidir. Dövlətin təhlükəsizliyi təmin olunmadan həmin dövlət qarşısına qoyduğu hədəflərə çata bilməz. Ona görə də bu gün dünyada gedən prosesləri nəzərə alaraq, Azərbaycan dövlətinin təhlükəsizliyinin qorunub saxlanılması üçün iqtidarla birlikdə bütün siyasi partiyalar töhfələrini verməlidirlər.

Düşünürəm ki, müxtəlif mövzular ətrafında müzakirələr apara, ortaq nöqtəyə gələ bilərik. Bütün bu görüşlər, müzakirələr nəticədə Azərbaycanın möhkəmlənməsinə, xalqın maraqlarının təmin olunmasına töhfə verməlidir. Hər birimiz şəxsi və quru siyasi maraqlarımızı dövlətçiliyimizə və milli maraqlarımıza qurban verməyi bacarmalıyıq. Siyasi partiyaların bu gün güclənməsi ilə bağlı vermiş olduğunuz suala təbii ki, mən nikbin yanaşıram. Düşünürəm ki, Azərbaycan xalqı qısa zaman kəsiyində son dərəcə ciddi xarakter daşıyan mübarizə mərhələlərindən keçiribdir. Çətin və ağır zamanlardan keçərək dövlətimiz bugünkü səviyyəyə qalxıb. Partiyalar bu dəyirmi masalarda, debatlarda fikir mübadiləsi apararkən, konstruktiv, xalqın rəğbətini qazanacaq fikirlərlə çıxış edərlərsə, mənə elə gəlir ki, onlar mahiyyət etibarı ilə xalqın diqqətini cəlb edə və rəğbətini qazana bilərlər. Bu da nəticə etibari ilə seçkilər zamanı həmin siyasi partiyaların və onların liderlərinin xeyirinə ola bilər. Xalqımız bu gün emosional, dövlətimiz üçün təhlükəli xarakter daşıyan çağırışları qəbul etmir. Çünki xalqımız dərk edir ki, radikallıq, böyük kataklizmlər hər birimizə böyük təhlükə yarada bilər. Ailə üzvlərimizin heç biri bu təhlükələrdən sığortalanmayıb. Dünya təcrübəsi də var, Yaxın Şərqdə baş verən hadisələr də birmənalı şəkildə bunu göstərir.

Şəxsən mən siyasi partiyanın rəhbəri, uzun illərdir siyasətlə məşğul olan millət vəkili kimi çox istərdim ki, Milli Məclis daha rəngarəng olsun. Bu gün parlamentdən kənarda qalan tanınmış partiyaların liderləri də parlamentdə təmsil olunsun, onların konstruktiv mövqeyi, baxışlar sistemi dövlətimizə xidmət edən, töhfə verən addımları şübhəsiz ki, Milli Məclisi də rəngarəng edər, zənginləşdirər. Buradan xalqımız və dövlətimiz xeyir əldə edə bilər. Yəni meyar xalqa sədaqətlə, səmimi şəkildə xidmət etməkdir.

- Fəzail bəy, növbəti dəyirmi masanın nə zaman keçirilməsi planlaşdırılır və bu görüşün mövzusu nə ola bilər?

- Sentyabrın 11-də keçirilən dəyirmi masadan sonra siyasi partiyalar, analitiklər və yazarlar öz baxışlarını konstruktiv şəkildə önə qoydular. 260 mindən çox insan dəyirmi masanı dinlədi və ya məlumatı oxudu. Onların böyük əksəriyyəti dialoqu yüksək qiymətləndirdi və vacib olduğunu qeyd edərək, onun davam etdirilməsinə ehtiyac olduğunu bildirdi. Demək, bu, sosial sifarişdir.

Buna görə də bu istiqamətdə araşdırmalarımız gedir, mövzu müəyyənləşdirilir. Yəqin ki, yaxın zamanlarda biz buna aydınlıq gətirəcəyik və gələcəkdə daha geniş dəyirmi masalar keçirəcəyik. Bizə dəstək verdikləri üçün xalqımıza, KİV-lərə, dəyirmi masada iştirak edənlərə təşəkkür edirəm. Xalqımız bir daha Azərbaycanda barışın tərəfdarı olduğunu ortaya qoydu. Dəyirmi masaya dəvət edilən və iştirak edə bilməyənlərdən də xahiş edirəm ki, hamısı növbəti dəfə iştirak etsin. Bu dövlət hər birimizindir. Biz birlikdə daha güclüyük. Baxışlar, dünyagörüş fərqli ola bilər. Bu, təbii haldır, lakin ortada vətənin, dövlətin taleyi varsa, biz vətənimiz üçün çalışmalıyıq.

26 Aprel 2024 “Bəs onun təhsilhaqqını kim ödəyəcək?”
26 Aprel 2024 Suraxanı və Binə qəsəbəsi illər öncə... - Video
26 Aprel 2024 Xıdırlıda inşa edilən məktəb belə olacaq
25 Aprel 2024 Azərbaycanda balıq ovu qadağan edilir
24 Aprel 2024 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - Video
24 Aprel 2024 Faktiki hava açıqlandı
24 Aprel 2024 AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq
23 Aprel 2024 Sığorta ödənişinin verilməsi qaydası dəyişdi
23 Aprel 2024 Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video
21 Aprel 2024 Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO
19 Aprel 2024 Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq
19 Aprel 2024 Bu uşaqlara peyvənd vurulacaq
19 Aprel 2024 Qayaları yarıb, Kəlbəcərə qaz çəkirlər - Video
18 Aprel 2024 Birinci siniflərə sənəd qəbulunun vaxtı açıqlandı
18 Aprel 2024 İşıqfor işləməsə, bu nömrəyə zəng edin
18 Aprel 2024 “Bu bakteriyalar heyvanlardan insanlara keçə bilir”
16 Aprel 2024 Bu rayonlarda günəş elektrik stansiyaları tikiləcək
16 Aprel 2024 Bakıda külək elektrik stansiyası tikiləcək
16 Aprel 2024 Sabah Bakının 3 rayonunda qaz olmayacaq
15 Aprel 2024 May ayında neçə gün iş olmayacaq?
14 Aprel 2024 Şəmkir kartofu bazarlarda niyə baha satılır? - VİDEO
14 Aprel 2024 Hava ilə bağlı xəbərdarlıq edildi: Daşqın, sel olacaq...
13 Aprel 2024 Sabah 25 dərəcə isti olacaq
12 Aprel 2024 Sabahın hava proqnozu açıqlandı
09 Aprel 2024 Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
09 Aprel 2024 Polis gücləndirilmiş iş rejiminə keçir
09 Aprel 2024 Sabahdan 5 günlük Ramazan tətili başlayır
09 Aprel 2024 Siqareti tərgitmək üçün 7 cəhd lazımdır
08 Aprel 2024 Ramazanın 30-cu günü: Dua, imsak və iftar vaxtı
08 Aprel 2024 Zaurla Xoşqədəmin verilişi bağlansın? - SORĞU - VİDEO