Son xəbərlər

 

Rusiya və Azərbaycanda keçirilən prezident seçkisinin nəticələri Cənubi Qafqazda sabitliyə meyilliliyin prioritet olaraq qalacağı, real sülhün bərqərar olması, orada qeyri-sabitliyin yaranmasının qarşısının alınması şansının hələ də olacağı anlamına gəlir.

 

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Solonnikov Rusiya və Azərbaycanda keçirilən prezident seçkisinin nəticələrini şərh edərkən deyib.

“Rusiya üçün Cənubi Qafqaz qonşu regiondur, ona görə də orada sülh Moskva üçün həyati əhəmiyyət kəsb edir - xüsusilə Rusiya ilə Qərb arasında şiddətli qarşıdurmanın mövcud olduğu bir vaxtda, Qərb və qərbyönlü qüvvələr Moskvaya bütün səviyyələrdə, o cümlədən onun sərhədlərinin perimetri boyunca zərər vermək üçün əlindən gələni etməsi fonunda... Vladimir Putinin Rusiya xalqı tərəfindən yeni müddətə seçilməsi, o cümlədən Azərbaycandakı seçki məntəqələrində onun təxminən 70 faiz səs toplaması və İlham Əliyevin rusiyalı həmkarını təbrik edən ilk liderlərdən biri olması faktı Putinin dövlətçiliyi gücləndirdiyini və Azərbaycanla Rusiya arasında müttəfiqliyi vacib saydığını göstərir”, - bildirib.

Solonnikovun sözlərinə görə, ötən günlərdə Bakıda Rusiya Baş nazirini qəbul edərkən Azərbaycan Prezidentinin səsləndirdiyi sözlər də əhəmiyyətlidir:

“O, Moskva ilə Bakının münasibətləri üçün əsas fikri səsləndirdi: Azərbaycan-Rusiya münasibətləri Cənubi Qafqazda sabitlik və təhlükəsizlik amilidir. Mişustinin Rusiyada keçiriləcək prezident seçkisi öncəsi Azərbaycana səfəri Bakıya etimadın növbəti siqnalı oldu. Putin də, Əliyev də güclü liderdir, onların arasında dostluq münasibətləri var, onlar sözlərinin ağasıdır. Rusiya və Azərbaycanı ümumi xarici siyasət yanaşması birləşdirir, həm Moskva, həm də Bakı dünyada bir qüvvənin hegemonluğunun olmaması prinsipinə əməl edir. Onlar hər bir ölkənin öz inkişaf yolunu seçməkdə suveren hüququ olması və heç kimin kiməsə təzyiq etmək hüququnun olmaması ideyalarına sahibdir. Rusiya xatırladığımız kimi, Azərbaycanın müntəzəm təxribatlardan sonra işğal altında olan torpaqlarını hərbi yolla geri qaytarmasına kifayət qədər sakit reaksiya verdi. Rusiya hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb”.

24 Aprel 2024 Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...
24 Aprel 2024 Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı
24 Aprel 2024 Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir
23 Aprel 2024 Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident
23 Aprel 2024 İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür
23 Aprel 2024 Ermənistanla sülh sazişini imzalasaq… - Prezident
23 Aprel 2024 Sülhməramlıların bu hərəkətindən şoka düşdüm - Brayza
23 Aprel 2024 Bilirlər ki, biz tərəfdən sürprizlər olmayacaq - Əliyev
23 Aprel 2024 Quru sərhədlərin bağlı qalmasından sonra... - Prezident
23 Aprel 2024 Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı
15 Aprel 2024 Markov: İran və İsrail bu iki ölkədə vuruşacaq - Xəritə
14 Aprel 2024 İranın İsrailə hücumunu pisləyirik - AB
14 Aprel 2024 Sunak açıqladı: İran PUA-larını məhv etdik!
14 Aprel 2024 Zaxarovadan İsrailə sərt cavab
14 Aprel 2024 İsrail hava məkanını açdı
06 Aprel 2024 İsrailə cavab zərbəsi necə və nə vaxt olacaq? - Bagiri
04 Aprel 2024 Çavuşoğludan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
01 Aprel 2024 Mirzoyanın bu bəyanatı çox təhlükəlidir - Rusiya
01 Aprel 2024 İran Ermənistana xəbərdarlıq etdi: gərginlik artır
01 Aprel 2024 İrəvan “yola görə” kəndləri vermir: onda Naxçıvana yol açaq!
28 Mart 2024 Ruslar bu tarixdə böyük hücuma başlayacaq - Zelenski
28 Mart 2024 İrəvan teraktı pisləmədi – Markovdan çağırış
25 Mart 2024 Ukraynaya ordu göndərməyəcəyik - Siyarto
25 Mart 2024 Azərbaycan XİN Yunanıstanı təbrik etdi
24 Mart 2024 Serbiya ruhən bizə yaxındır - Putin
24 Mart 2024 Böyük faciə idi. Qərbin etdiyi isə... - Putin
24 Mart 2024 Rusiyada millətçi çağırışlar – Kadırovdan etiraz gəldi
24 Mart 2024 Zelenskidən terakt açıqlaması: Putin bir sutka susdu…
23 Mart 2024 Terrorçunun qulağını kəsib, ağzına qoydular - Video/23+
23 Mart 2024 Netanyahu bunu başa düşmür, başa düşəndə gec olacaq