Ermənistan və Azərbaycan sülh sazişinin əsas prinsipləri üzrə razılığa gələ biliblər.
Axar.az Report-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubinyan Antalya vilayətində III Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqazda sülh, inkişaf və kommunikasiya” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.
Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesindən danışan Rubinyan ümid etdiyini bildirib ki, tərəflər lazımi nəticələrə nail ola biləcəklər.
O xatırladıb ki, Ermənistan və Azərbaycan sülhün əsas prinsipləri üzrə artıq razılığa gəliblər. Bu, Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünün tanınması, suverenlik prinsipi əsasında regional kommunikasiyaların açılmasıdır:
“Əgər biz iki ölkə başçılarının artıq razılaşdırdıqları prinsipləri sazişə daxil edə bilsək, o zaman sülhə tez nail ola bilərik”.