Ukrayna alyansın 2024-cü ilin iyulunda keçiriləcək sammitində NATO-ya dəvət almaq istəyir.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.
“Ukraynanın NATO-ya dəvət edilməsi ilə bağlı real addımlar dünyanın təhlükəsizlik vəziyyətinə qayıtmasına imkan verəcək. Ölkənin alyansa üzvlüyündən imtina edilməsi dünyanın digər regionlarında eskalasiyaya səbəb olacaq”, - Yermak bildirib.