Rusiyanın Fransa və onun NATO müttəfiqləri üçün təhlükə yaradır.
Axar.az xəbər verir ki, bunu Fransa müdafiə naziri Sebastyan Lekornu deyib.
“Bəli, həm də bütün NATO-nun avropalı müttəfiqləri üçün. Nümunə olaraq kiberhücumlarla bağlı vəziyyəti götürək: oğurlanmış məlumatlarla xəstəxanalara, bələdiyyə binalarına, müəssisələrə, “Midi Libre” kimi qəzetlərə eyni vaxtda kiberhücumları təsəvvür edin. Bunlar real hallardır”, - Lekornu bildirib