Ukrayna ərazilərinin bərpasında Türkiyə şirkətləri ilə işləyəcək.
Axar.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal deyib.
"Türkiyə şirkətləri Ukraynada fəal çalışırlar. Ölkəmizin infrastrukturunun qurulmasına dair Türkiyə şirkətləri ilə çox sayda müqavilələr imzalanıb", - Şmıqal bildirib.
Baş nazirin sözlərinə görə, müharibə başlayandan bəri Türkiyə Ukraynaya böyük kömək edir.