Hakimlik bəlkə də yeganə vəzifədir ki, qanunların aliliyi ilə bağlı qərarların qəbulu həm də onun vicdan və ədalətinə buraxılır.
Axar.az Unikal-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.
Deputat özünün işlədiyi dövrlərdən danışıb:
"Biz işləyən zaman qərar qəbul etmişdik ki, heç bir hakim məruzə etməyəcək. Hakim qanuna uyğun, ədalət və vicdanla məsələni həll etməlidir. Hətta o vaxt ölüm hökmü var idi. Demişəm ki, kim qanunu pozub rüşvət alacaqsa, and içirəm Qurana, ölüm hökmünü onun haqqında özüm çıxaracam".