Nikol Paşinyan və Emmanuel Makron faktiki olaraq Rusiyanı Cənubi Qafqazdan çıxarmaq və regionda Fransa hərbi bazaları yaratmaq planı hazırlayıblar.
Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Ermənistanın Baş naziri Paşinyan bildirib ki, İrəvan KTMT üzvlüyünü dondurur. Bu, Rusiya hərbi bazasının Gümrüdən çıxarılmasına hazırlıqdır. Bu, Ermənistan rəhbərliyinin Rusiyaya xəyanətidir. Paşinyan və Makron, əslində, Rusiyanı Cənubi Qafqazdan çıxarmaq və Fransa hərbi bazalarını yerləşdirmək üçün plan hazırlayıblar. Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas dostuna çevrilir”, - Markov bildirib.