İlk dəfədir ki, Fransadan “Bastion” zirehli texnika gəlir və onların münaqişə zonasında olan Ermənistan üçün effekt verəcəyini düşünmürəm.
Məsələn, onları Ukraynaya təklif etdilər, amma rədd edildi. Çünki onlar guya avtomatik silah atəşindən qoruyur, lakin ağır pulemyotdan istifadə edilərsə, o faydasız ola bilər.
Axar.az xəbər verir ki, bunu erməni hərbi ekspert Ayk Nahapetyan deyib.
“Cəbhədə onların heç bir mənası yoxdur. Və istənilən ölkədən böyük miqdarda gecə görmə cihazlarını ala bilərsiniz, bu problem deyil. Hava hücumundan müdafiə sistemləri silah deyil, səmada pilotsuz uçan obyektləri aşkarlayır. Tutaq ki, onlar aşkar edilib, lakin onları məğlub edəcək avadanlıq yoxdursa, onda nə mənası var? Bu radarların İrəvana çatdırılmasının bir məqsədi var - Ermənistan Rusiya ilə hava hücumundan müdafiənin birgə idarə olunmasına dair müqavilə bağlayıb və onların vəzifəsi ümumi hava hücumundan müdafiə idarəetmə sisteminə daxil olmaqdır, çünki bu, Rusiya-Ukrayna cəbhəsinə daxil olmaq üçün Qərbə lazımdır.
İrəvana gələn Fransa müdafiə nazirinin mesajı ilə bağlı demək istərdim ki, burada təhlükəli proseslər başlayır. Həmçinin Azərbaycan Prezidentinin İrəvan-Paris hərbi-texniki əməkdaşlığı ilə bağlı son dərəcə mənfi mövqeyini də nəzərə alaq. Fransa faktiki olaraq Ermənistana silah vermir, silah vermək imitasiyasını yaradır. Bu da Azərbaycan Prezidenti İlham Əliyevə Fransanın Ermənistanı Bakıya qarşı müharibəyə başlamaq üçün silahlandırmasını deməyə imkan verir. Üstəlik, bu, Azərbaycana hərbi əməliyyatlara başlamaq üçün tam legitim əsas verə bilər. Bu baxımdan Bakı qabaqlayıcı əks-hücuma keçə bilər. Fransanın da məqsədi Rusiyaya qarşı ikinci cəbhə açmaqdır. Çünki Ukrayna cəbhəsində onların hara getdiyi aydındır, gec-tez bu cəbhə NATO-nun məğlubiyyəti ilə bağlanacaq”, - o bildirib.