Rusiya Litva və AB-dən Kalininqrada həm sərnişin, həm də yük daşınması ilə bağlı siyasi və hüquqi öhdəliklərin yerinə yetirilməsinə çalışacaq.
Axar.az xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.
“Bu qərar sadələşdirilmiş səyahət sənədi ilə Kalininqrada qatarla səyahət edən ruslara təsir etməyəcək, çünki bu halda minmə/düşmə yalnız son məntəqələrdə həyata keçirilir. Vilnüs tərəfindən rus və belaruslar üçün hər vasitə ilə əlavə çətinliklər yaratmaq cəhdləri var. Bu, keçmişdə də olub və litvalılar antirusiya impulslarında öz vətəndaşlarının maraqlarını düşünmürlər”, - o bildirib.
Qeyd edək ki, 2022-ci ildə Litva AB sanksiyalarına görə Kalininqrad vilayətinə quru tranzitini məhdudlaşdırıb və məhdudiyyətə məruz qalan yüklərin dəmir yolu ilə daşınması üçün kvota tətbiq edib. Martın 1-dən isə Vilnus Belarusla sərhəddə yerləşən Lavorişkes və Rayqardas sərhəd-keçid məntəqələrini bağlamaq, həmçinin Kena və Kibartay dəmiryol stansiyalarında sərnişinlərin minib-düşməsini qadağan etmək qərarına gəlib.