Fransanın müdafiə naziri Sebastyan Lekornu bu gün Ermənistana səfər edəcək.
Axar.az xəbər verir ki, o, bu barədə RTL radiostansiyasında deyib.
“Parlamentarilər və istehsalçılardan ibarət böyük bir nümayəndə heyəti ilə Ermənistana gedəcəyəm. Bu, tarixdə ilk dəfədir ki, Fransa müdafiə naziri Ermənistana gedir. İrəvan hazırda ciddi təhlükəsizlik problemləri, həmçinin Azərbaycandan gələn təhdidlərlə bağlı suverenlik və sərhədlərin mühafizəsi məsələləri ilə üz-üzə qalıb. Fransa Ermənistanın müdafiə potensialını artırmaq üçün ona dəstək vermək öhdəliyi daşıyır. Burada söhbət sırf müdafiə məqsədləri üçün yer-hava müdafiə texnikası və zirehli maşınlardan gedir”, - Lekornu bildirib.
Qeyd edək ki, Lekornunun səfəri bu gün başlayacaq və iki gün davam edəcək.