İrəvanda əcnəbi vətəndaş mənzildə özünü asıb.
Axar.az erməni mediasına istinadən xəbər verir ki, Rusiya və Türkiyə vətəndaşlığı olan 32 yaşlı Fərid Fəttahov adlı şəxs yaşadığı mənzilin tavanından özünü asıb.
Əraziyə gələn təcili tibbi yardım xidmətinin əməkdaşları Fəttahovun öldüyünü müəyyən edib.
Bildirilib ki, onun mənzildə meyitini ilk olaraq Rusiya vətəndaşı olan həyat yoldaşı aşkar edib.