Ötən gün dünyasını dəyişən diplomat, Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyev bu gün dəfn olunub.
Axar.az xəbər verir ki, mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və dövlət rəsmiləri iştirak ediblər.
Qeyd edək ki, Y.Əliyev Ombudsman Səbinə Əliyevanın atası, millət vəkili Siyavuş Novruzovun qayınatasıdır.