Tehran əyalətinin Böhran İdarəetmə Mərkəzi bəyanat yayaraq, hava çirkliliyinin təhlükəli həddə çatması barədə xəbərdarlıq edib.
Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, vətəndaşlar, xüsusilə, həssas yaş qrupuna aid olanlar - uşaqlar, hamilə qadınlar və qocalar zəruri olmadıqda evdən çıxmasınlar.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, hər il İranda hava çirkliliyi səbəbi ilə təxminən 27 min nəfər həyatını itirir.