Hərbi münaqişə zamanı nə Moskva, nə də Kiyev öz məqsədlərinə nail ola biləcək. Buna görə də müharibəyə son qoyulmalıdır.
Axar.az xəbər verir ki, bunu rusiyalı milyarder Oleq Deripaska “Faynənşl Tayms”a müsahibəsində deyib.
“Mən başa düşə bilmirəm ki, niyə hər iki tərəf bunu başa çatdıra bilmir? F-16, F-35 verəcəksiniz? Əldə edilə biləcək yeganə məqsəd daha çox əzab çəkmək, daha çox can itkisi, daha çox yaralı, bəlkə də 5-10-20-25 kilometr sola və ya sağa ərazi olacaq”, - Deripaska bildirib.