Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putini Krımdan imtina etməyə inandırmağa çalışıb.
Axar.az xəbər verir ki, Türkiyə Prezidenti bu söhbətin 9 il əvvəl olduğunu bildirib.
“Hələ 2014-cü ildə Putinlə Krımla bağlı müzakirə və danışıqlarım olub. Mülahizələrim uğur qazanmadı. Mən Rusiyanı Krımı tərk etməyə məcbur edə bilməzdim. Hesab edirəm ki, bu, hazırda da mümkün deyil”, – o bildirib.