ABŞ Prezidenti Co Baydenlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Məlumata görə, Bayden Ukraynanın Müstəqillik Günü münasibətilə Zelenskini təbrik edib.
Telefon danışığı zamanı tərəflər F-16 qırıcılarının tədarükü və Rusiyanın məsuliyyətə cəlb olunmasını müzakirə ediblər.