Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson barədə yeni iddialar irəli sürülüb.
"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, onun Covid-19 epidemiyası zamanı tətbiq edilən məhdudiyyətləri pozduğuna dair məlumat yayılıb.
Bildirilib ki, o, karantin vaxtı bağ evində dostları ilə görüşərək böyük məclis keçirib.
Nazirlər Kabineti bununla bağlı hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.