Ötən gecə ABŞ-nin orta-qərb və cənub ştatlarının məruz qaldığı tornadolar səbəbindən həyatını itirənlərin sayı 26-ya yüksəlib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Milli Meteorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ötən gecədən dünən səhərə kimi əsasən Arkanzas, Missisipi, Ayova, Tennessi, İllinoys və Viskonsin ştatlarını əhatə edən geniş ərazidə 57-dən çox tornado hadisəsi qeydə alınıb.
Tornadolar səbəbi ilə Tennessi ştatında 9, Arkanzasda 5, İndianada 3, İllinoysda 4, Memfisdə 2-si uşaq olmaqla 3, Missisipi və Alabamada hər biri bir nəfər olmaqla cəmi 26 nəfər həyatını itirib.