ABŞ Prezidenti Co Baydenin reytinqi ötən ilin iyun ayından bəri artaraq 42 faizə yüksəlib.
Axar.az xəbər verir ki, bu, “Röyter” və “İpsos” araşdırma şirkətinin keçirdiyi rəy sorğusunun nəticələrində öz əksini tapıb.
Buna ABŞ-da istehlak qiymətlərinin artım tempinin yavaşlaması səbəb olub.
Qeyd edək ki, Baydenin reytinqi prezidentliyinin ilk aylarında düşmüşdü. Ötən ilin may-iyul aylarında isə cəmi 36 faizə qalxmışdı.