Rusiya növbəti dəfə öz təhlükəsizliyinə birbaşa təhdidlərlə üzləşdi.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“İndiki şəraitdə ölkə yenidən təhlükəsizliyə və suverenliyə təhdidlərlə üzləşir. Buna baxmayaraq, bu gün bir çox insan cəsarət və əzmkarlıqla yanaşı, həqiqət uğrunda mübarizəyə, insanların və dövlətin gələcəyini qorumağa hazır olduğunu nümayiş etdirir”, - Putin bildirib.