Qubanın Xınalıq kəndinin balaca sakini polşalı turistə kənd haqqında ingiliscə müsahibə verib.
Axar.az xəbər verir ki, bu haqda görüntülər sosial şəbəkələrdə yayılıb.
13 yaşlı uşaq siniflərinin “ingilis dili çempionu” olduğunu bildirib. O, ali təhsilini Türkiyədə almaq istədiyini, orada dostunun yaşadığını qeyd edib.