Almaniyanın 18 ədəd “Leopard 2” tankı bu ay ərzində Ukraynaya göndəriləcək.
Axar.az xəbər verir ki, bunu Almaniya müdafiə naziri Boris Pistorius deyib.
“İndicə öyrəndim ki, Almaniyanın 18 və Portuqaliyanın 3 ədəd “Leopard 2A6” tankı bu ay təlim briqadaları ilə birlikdə Ukraynadakı döyüş əməliyyatları zonalarına yollanacaq”, - Pistorius bildirib.