AB diplomatiyasının rəhbəri Jozep Borrell ədəb hüdudlarını keçərək Gürcüstan vətəndaşlarının işinə qarışmağa çalışır.
Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin rəhbəri Qriqori Karasin deyib.
“Borrelli sakitləşdirin, xahiş edirəm! Yenə öz əxlaqı ilə zirvəyə qalxır, bu dəfə Gürcüstan vətəndaşlarına təzyiq göstərir. Bu, artıq ədəb hüdudlarını aşmaqdır”, - Karasin bildirib.
Qeyd edək ki, dünən Tiflisdə ölkə parlamentinin “Xarici agentlər” haqqında qanun layihəsini təsdiqləməsindən sonra etiraz aksiyaları keçirildi. Jozep Borrell qanun layihəsinin AB-nin dəyərlərinə uyğun gəlmədiyini və Gürcüstanın quruma daxil olmaq məqsədi ilə ziddiyyət təşkil etdiyini demişdi.