AB-nin əsas məqsədlərindən biri Cənubi Qafqazda həmişəlik yerləşməkdir.

Ancaq Azərbaycan Ermənistandan fərqli olaraq öz ərazisinə heç kimi buraxmadı. AB-nin planı isə missiya göndərmək və s. yollarla Ermənistanın Qarabağda daha da möhkəmlənməsi üçün onun şərti sərhəddə yükünü azaltmaq idi. Yəni yaxın gələcəkdə Rusiyanın Ukraynadakı məğlubiyyət və məcburi Qarabağdan çıxma ehtimalı üzərindən Ermənistan və maşalıq etdiyi AB Azərbaycan ərazisində yerləşmək üçün özlərinə zəmin hazırlamaq niyyətindədir.

Bu sözləri Axar.az-a separatçıların Xankəndi-Xəlfəli-Turşsu yolunda törətdiyi təxribat və Ermənistan ordusunun dövlət sərhədini atəşə tutmasının səbəbləri haqqında danışan siyahi şərhçi Elşən Məcidov deyib.

Siyasi şərhçi Azərbaycan dövlətinin ekofəalların Laçın dəhlizində davam edən aksiyası ilə bu planı pozduğunu və törədilən təxribatların təsadüf olmadığını qeyd edib:

“Xatırlatmaq istəyirəm ki, Fransa Senatının ölkəmiz əleyhinə qəbul etdiyi qətnamələrdə də Xankəndidə humanitar ofisin açılması məsələsi var. Lakin Azərbaycan dövləti qabaqcadan bu hiyləgər planı gördü və ekofəallarımızın artıq 86 gündür ki, davam edən aksiyası ilə onu pozdu.

Ekofəalların aksiyası Laçın dəhlizi ilə silah-sursat göndərilməsinin qarşısını aldı. Ona görə də separatçılara silah göndərmək üçün dolayı yollardan istifadə etməyə başladılar. Baş verən təxribatların heç biri təsadüf deyil. 20 fevralda AB missiyası Ermənistana gəldi və cəmi iki gün sonra mövqelərimiz atəşə tutuldu. 24 fevralda Paşinyan Quttereşlə telefon danışığı apardı, beynəlxalq faktaraşdırıcı missiyanın bölgəyə göndərilməsini istəyir. Baxın, 5 martda Xankəndi-Xəlfəli-Turşsu yolunda erməni təxribatı oldu, 6 marta keçən gecə isə Qarabağdakı mövqelərimiz, eyni zamanda dövlət sərhədi atəşə tutuldu. Ermənistan XİN yenə də faktaraşdırıcı missiyadan bəhs etdi. Atəşə tutulan rayonlarımız da təsadüfi seçilməyib. Kəlbəcər və Laçından Ermənistanı Qarabağa bağlayan yollar keçir. Şuşa isə onların nəzərində “artsax”ın tərkib hissəsi olmalıdır. ABŞ və Fransa səfirləri bugünədək bir dəfə də olsun, Şuşaya getməyiblər. Separatçılar Azərbaycan ilə Rusiya arasında vəziyyət gərginləşsin deyə, rus sülhməramlıların da xəsarət alma ehtimalının yüksək olduğu yerlərdə təxribat törədirlər. Ermənistan dövlət sərhədində təxribat törətdiyi zaman isə AB missiyası vəziyyətin qeyri-sabit olduğu haqqında təşkilata dərhal xəbər ötürür”.

24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!
15 Avqust 2024 Ermənistandan Minsk Qrupu açıqlaması: Davam?
14 Avqust 2024 İstefa verən Zərifdən Pezeşkianla bağlı şok sözlər
14 Avqust 2024 Türkiyəyə səfər edənlərin diqqətinə: barmaq izi...
14 Avqust 2024 “Əhməd” komandiri Kursk döyüşündən danışdı: “Qırırıq…”
13 Avqust 2024 Əgər Kurskda baş verənlər Putini qane etmirsə… - ABŞ
13 Avqust 2024 Biz tənəzzülə uğrayan bir xalqıq - Tramp