Ukraynada münaqişəyə son qoymağın yeganə yolu atəşkəsdən keçir.
Axar.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
O qeyd edib ki, Avropa sanksiyaları münaqişəni dayandıra bilməz:
“Biz artıq 10 sanksiya paketi təqdim etmişik, bu, bizi münaqişənin həllinə yaxınlaşdırıbmı? Yox. Birinci məqsəd insanların öldürülməsini dayandırmaqdır ki, bu da atəşkəs razılaşması deməkdir”.