Baxmut şəhərinin strateji əhəmiyyətindən daha çox, simvolik əhəmiyyəti var.
Axar.az xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin deyib.
“Şəhərin Rusiya qüvvələrinin nəzarətinə keçib-keçməyəcəyi və bunun nə vaxt baş verə biləcəyi ilə bağlı proqnozlar verməyəcəm. Baxmutun süqutu heç də rusların döyüşlərin gedişatını dəyişdiyi anlamına gəlməyəcək”, - Ostin bildirib.