ABŞ Prezidenti Co Baydenlə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
C.Kirbi qeyd edib ki, Bayden telefon danışığında Qərb müttəfiqlərinin birliyinin güclü, qətiyyətli və vahid qalacağına əminliyini bildirib:
"Biz bilirik ki, Ukraynaya ən çox ehtiyacı olan dəstəyi təmin etmək üzərində işləməyə davam etməliyik. Bununla belə, prezident müttəfiqlərin vahid qalacağına əmindir".