AB ölkələri Rusiya rəhbərliyinə qarşı Ukraynada törədilmiş cinayətlərə görə məsuliyyət daşıyacağı xüsusi tribunal yaratmaq üçün ilk addımları atır.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
"Baltikyanı ölkələr, Polşa, Rumıniya və Slovakiya Rusiyanın təcavüz cinayətlərinə qarşı xüsusi mərkəzin yaradılması ilə bağlı təşəbbüs sazişi imzalayıb. Bu, məcburi cinayət prosesinin rəsmiləşdirilməsidir. Xüsusi tribunala digər ölkələr də qoşulacaq. Müharibə müəllifləri, o cümlədən Putin cəzalarını alacaq", - o bildirib.