İşğalçılar yaxın zamanda Baxmutu işğal edə bilməyəcəklər.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
Məlumatda Rusiyanın hücumları davam etdiyi bildirilib:
“Rusiyanın işğalçı hərbi birləşmələri Donetsk vilayətinin Baxmut şəhərinə hücumlarını davam etdirir. Lakin onlar heç nəyə nail ola bilməyəcək. Vəziyyət Ukrayna Silahlı Qüvvələrinin nəzarətindədir”.