Partiyanın İdarə Heyətinin üzvləri qərar verərsə, bazar ertəsi “Altılı Masa” toplantısında iştirak edəcəyəm.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin İYİ Partiyasının rəhbəri Meral Akşənər partiya mənsubu bələdiyyə sədrləri ilə görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Qeyd edək ki, ötən gün Türkiyə mediası İYİ Partiyanın “Altılı Masa”nı tərk etməsi yönündə məlumatlar yayıb.