30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın ərazilərində mədəni və dini irsə vurulmuş ziyanla bağlı məsələ BMT İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 52-ci sessiyasının yüksək səviyyəli iclasında qaldırılıb.
Axar.az İƏT-ə istinadən xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hüseyn Brahim Taha deyib.
O, Əfqanıstanda baş verən hadisələri, Cammu və Kəşmir problemini, Rohinca müsəlman icmasının vəziyyətini və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mədəni və dini irsə vurulan zərəri də xatırladıb.
İƏT rəhbəri təşkilatın insan hüquqlarının və insan ləyaqətinə hörmətin təşviqi və qorunmasına sadiqliyini bir daha təsdiqləyib.
O, Qurani-Kərimin təhqir edilməsinin qınanmalı və hamı tərəfindən pislənilməli olduğunu söyləyərək dövlətlərin ksenofobiya və islamofobiya ilə mübarizəsinin vacibliyini vurğulayıb.